Qarabağı KTMT ilə qaytaracağıq? » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Qarabağı KTMT ilə qaytaracağıq?

Qarabağı KTMT ilə qaytaracağıq?


Eynulla Fətullayev yazır

Bu gün söhbət tarixi proseslərin immanent inkişaf məntiqindən gedir. Biz müasir dünyaya necə baxsaq da cəmiyyətin və dövlətin inkişafını tarixi inkişafın ümumi qanunlarından kənarda araşdırmaq mümkün deyil. Müasir siyasi inkişafı nə qədər dərindən analiz etsək tarixin qanunlarının dəyişməzliyinə o qədər çox əmin oluruq.

Tarixi proseslərin dövriliyi və təkrarlanması barədə buna Rusiya-Azərbaycan münasibətlərinin prizmasından baxmaqla yenidən mühakimə yürüdürük. Azərbaycanı coğrafi məkandan siyasi kateqoriyaya çevirən Birinci respublikanın adını nə qoysaq da hər halda o vaxt qəddar müharibəyə sürüklənmiş üç zaqafqaziya respublikalarınınsərhədləri beynəlxalq ictimaiyyət tərəfindən şərti tanınmışdı.

Birinci Respublikanın sərhədləri onun müstəqilliyi kimi Paris konfransı tərəfindən ancaq de-fakto tanınmışdı. Hüquqi tanınmadan söhbət getmirdi. Və yalnız Azərbaycanın sovetləşməsi bizim bir çox tarixi torpaqlarımızın qorunub saxlanılmasına kömək etdi, hansı ki, bu torpaqlarda-ikinci Respublikanın hüdudları çərçivəsində türk-müsəlman əhalisi kompakt yaşayırdı.

Qarabağı KTMT ilə qaytaracağıq?


Azərbaycanla Ararat Respublikası (Ermənistan) arasında ərazi mübahisəsi ikinci azərbaycan respublikasının-sovet Azərbaycanının xeyrinə həll olundu. Həm Qarabağ, həm Naxçıvan və Cənubi Zəngəzur (indiki Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) azərbaycan dövlət quruluşunun tərkibində qaldı. Sovetləşməni müstəmləkəçilik adlandırmaq olardımı? Hansısa ölçüdə bu birinci növ, işıqlı və proqressiv müstəmləkəçilik idi, İran Azərbaycanından fərqli olaraq bizə elm elitasını, simfoniya və baleti, gümüşü ədəbiyyatı və qızılı ziyalıları bəxş etmişdi...

Milli dövlətçiliyin ilk dəfə dərk olunması ilə birlikdə böyük sosial-mədəni renessans bu gün üçüncü Azərbaycan respublikasının söykəndiyi güclü bazisə çevrildi.

Beləliklə, sovetləşməni çar dövründən fərqli olaraq klassik ruslaşma və ya müstəmləkəçilik kimi qəbul etmək olmaz, çünki axıradək səmimi olsaq sovetləşmədən hamıdan çox rus xalqı əziyyət çəkib. Hələ keçmiş SSRİ formatında mövcud olan milli-mədəni quruluşları demirik.

Bütün itkilərə və sovet totalitar sisteminin bütün çatışmamazlıqlarına baxmayaraq Azərbaycan tarixin qısa zaman kəsiyində iki fundamental vəzifənin öhdəsindən gələ bildi: tarixi torpaqlarını əldə saxlamaq və formal da olsa dövlət institutlarını qorumaq.

Biz niyə yenidən tarixi paralellərə qayıdırıq? Ona görə ki, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olması ideyası ətrafında haqqin.az saytı tərəfindən başladılmış ictimai diskussiya nəinki ölkə daxilində, eləcə də onun hüdudlarından kənarda böyük rezonans doğurdu.

Qarabağı KTMT ilə qaytaracağıq?


Ölkə daxilində hər tərəfdən iradlar eşidildi: qərbçilərdən pantürkçülərə, panislamçılarda millətçilərə qədər. Heç demə ekspert cameəsində “Putin NATO-su” adlandırılan KTMT-yə daxil olmaq Azərbaycanın neosovetləşməsinə gətirib çıxaracaq. Lakin bu zaman obıvatel məntiqi sualla qarşılaşır: “birdən bu neosovetləşmə tarixi torpaqların geri qaytarılması ilə nəticələnsə?”. Bu zaman həmin obıvatelin dərhal səsi kəsilir, axı Ermənistanla uzun mübarizənin və qanlı müharibənin başlıca dəyəri və milli ideyası Qarabağ olaraq qalır. Azərbaycanda tarixi həqiqətləri çoxları eybəcərləşdirir və yanlış yozur. Axı uzaq 1988-ci ildə yüz minlərlə azərbaycanlı SSRİ-dən müstəqillik, hətta iqtisadi suverenlik şüarları ilə küçələrə çıxmamışdı, Ermənistanda və Dağlıq Qarabağda təqib olunan azərbaycanlıları müdafiə etmək üçün çıxmışdı. Gürcüstandan və Baltikyanı ölkələrdən fərqli olaraq bizdə Qarabağ uğrunda hərəkat milli-azadlıq hərəkatına çevrildi. Milli mübarizənin platforması məhz Qarabağ idi.

Azərbaycan cəmiyyətinin ictimai debatlara , hansı ki, bu detatlar xaotik şəkildə sosial şəbəkələrə keçib, cəlb olunmuş bir çox nümayəndələrinin dilindən tez-tez belə sual eşidirik: “KTMT-yə üzvlük Azərbaycanın dövlət suverenliyini məhdudlaşdıra, ancaq Qarabağın geri qaytarılmasının yolunu aça bilərmi?” Lakin biz bu suala əvvəlki məqalələrimizdə cavab sualı ilə münasibət bildirmişdik-KTMT Qazaxıstanın, Belarusun, Qırğızıstanın suverenliyini nə dərəcədə məhdudlaşdırıb? Və müasir qlobal dünyada mütləq müstəqil dövlət tapmaq olarmı ki, hərbi və ya siyasi blokların, hətta transmilli beynəlxalq təşkilatların təsirinə məruz qalmasın? Sual boş yerdən ortaya çıxmayıb və fəlsəfi deyil, siyasidir.

Qarabağı KTMT ilə qaytaracağıq?


Azərbaycanın KTMT-yə daxil olması ideyasına ən sərt şəkildə qarşı çıxan əlbətdə ki, rəsmi Yerevan oldu. Bizim auditoriya üçün daha bir mühüm sual-doğrudanmı Yerevan Azərbaycanın dövlət suverenliyinin məhdudlaşdırılması ideyasını bu cür yüksək səslə pisləyərdi?! Ermənistan XİN açıq bildirdi ki, onlar Azərbaycanın KTMT-yə daxil olmaması üçün veto hüququndan istifadə edəcəklər.

Azərbaycanın Putin NATO-suna daxil olması ideyası ətrafında ictimai diskussiyalar Paşinyan hökumətində təşvişə səbəb oldu, hərçənd Azərbaycan hakimiyyəti bu məsələyə öz rəsmi münasibətini hələ bildirməyib. Ermənistan hökuməti Azərbaycan qərbyönümlülərindən və müxalifətçilərindən fərqli olaraq təhlükənin bütün miqyasını dərk edir, anlayır ki, Azərbaycanın KTMT-yə üzvlüyü, hətta müşahidəçi statusunda təmsilçiliyi onlara hansı təhlükələr vəd edir. Axı Ermənistan üçün də “miatsum” və Qarabağ mövcudluq məsələsi, məxsusi ruhi ləyaqət hissidir. Rusiya ilə qaçılmaz qarşıdurma isə Nikol Paşinyanı Ararat respublikasının sonuncu lideri Qaregin Njdenin durumuna salır, hansı ki, az qala bir əsr əvvəl-1920-ci ilin avqustunda Naxçıvandan rus və azərbaycan ordularının birgə həmləsi qarşısında geri çəkilməli oldu. Və Azərbaycanın KTMT-yə daxil olmasından sonra biz bu tarixi situasiyanın təkarlanmasına çox yaxın olacağıq.

Qarabağı KTMT ilə qaytaracağıq?


Ermənistanın narahatlığı hər gün artır, çünki bizim başlatdığımız ictimai müzakirələrin lap əvvəlindən və Milli Məclisin hüquqi məsələlər üzrə komitə sədri Əli Hüseynlinin səs-küylü bəyanatından dərhal sonra KTMT Katibliyində qurumda tərəfdaş və müşahidəçi ölkələrin yeni hüquqi statusunun hazırlanması barədə məsləhətləşmələr başlandı. Hər şeydən görünür ki, hadisələrin belə dönüşü Paşinyan hökumətinin və Soros kuratorlarının planlarını pozub. Heç bir şübhə yoxdur ki, Ermənistanın Xarici İşlər Nazirliyi Azərbaycanın KTMT-yə üzvlüyünə maneə olmaqla bağlı bəyanatla öz Qərb tərəfdaşları ilə məsləhətləşmələrdən sonra çıxış etdi. Axı Azərbaycanın “Putin NATOsu”na daxil olmasından sonra Ermənistan öz təhlükəsizliyinin son kəmərini itirəcək.

Sual olunur: Ermənistanın Azərbaycanın KTMT-yə daxil olmasına veto qoymaq şansları nə qədər böyükdür?! Əlbəttə, KTMT-nin baş katibi Y.Xaçaturovun həbsindən və mötəbər regional hərbi-siyasi blokun ictimai nüfuzdan düşməsindən sonra Yerevanın səsi Moskvada eşidilməyəcək. Əgər Azərbaycanda Rusiya ilə hərbi-siyasi inteqrasiyaya fəal baxılırsa, Yerevanda isə Rusiya qoşunlarının və sərhədçilərinin qovulması tələbi ilə çıxış edirlərsə, Rusiyanın Ermənistanda hərbi-siyasi mövcudluğuna qarşı açıq mübarizəyə başlamış "Sasna Tsrer" təşkilatının terrorçuları həbsxanalardan buraxılırsa, Paşinyan hökumətini kim eşidəcək?!

Ermənistan Rusiyaya, necə deyərlər, sifət göstərir. Və bu ictimai təhqirlər qətiyyən cavabsız qalmayacaq. Ermənistan arxayın addımlarla vətəndaş qarşıdurmasına, siyasi iflasa və sosial kollapsa doğru gedir. Ermənistan hökuməti şüurlu olaraq Rusiyayönlü hərbi-siyasi blokun genişləndirilməsinə mane olur. Və Moskvada bu, sözsüz, İttifaq ideyasına açıq xəyanət kimi qəbul edilir. Beləliklə, biz qaçılmaz tarixi qərarın qəbulu ərəfəsindəyik, çünki Yerevanın demarşı Azərbaycanın KTMT-yə daxil olmasının xeyrinə daha bir mühüm arqumentdir. Azərbaycan sadəcə yaranmış tarixi şansdan yararlanmağa və Ermənistanı, bizim tarixi torpaqlarımızı işğal altında saxlamasına son ümidlərindən məhrum etməyə məcburdur…

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *