“Putin NATO-su” Bordyujanı təkzib edir: ”Qarabağ Azərbaycanın tərkib hissəsidir”
“Biz heç kimə KTMT adından razılaşdırılmamış bəyanatlar verməklə bağlı səlahiyyət verməmişik. Heç bir “DQR”i tanımamışıq və tanımağa hazırlaşmırıq. Dövlətimizin mövqeyi birmənalıdır: biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq və Qarabağ probleminin tezliklə tənzimlənməsinin tərəfdarıyıq”. Bu barədə virtualaz.org-a Qazaxıstan Müdafiə Nazirliyinin Beynəlxalq əlaqələr departamentindən bildiriblər.
Eyni mövqe Qırğızıstan Müdafiə Nazirliyi tərəfindən də bəyan edilib. Oradan qeyd ediblər ki, Qırğızıstan və Azərbaycan qardaş ölkələrdir və Bişkək Azərbaycanla strateji münasibətlərin ziddinə gedən addımlar atmaz.
Xatırladaq ki, dünən KTMT-nin saytında Ermənistan-Azərbaycan sərhədində baş vermiş qarşıdurma ilə bağlı bəyanat yerləşdirilib. Bəyanatın mətnində Azərbaycan torpaqlarındakı separatçı rejim “Dağlıq Qarabağ Respublikası” adlandırılıb.
Mənbə:> Virtualaz.org