"Bu Azərbaycan təbliğatçılarının uydurmasıdır"
Separatçı respublikanın Müdafiə Nazirliyi yayılmış xəbəri təkzib etdi.
AzNews.info Ermənistan KİV-ə istinadən xəbər verir ki, Azərbaycan kütləvi informasiya vasitələrində Dağlıq Qarabağ separatçı rejiminə məxsus T-72 tanklarının "hərbi texnikanın idarə olunmasına dair təlimlərə" gedərkən partlaması xəbəri separatçı dövlətin Müdafiə Nazirliyi tərəfindən təkzib olunub.
Separatçı rejimin Müdafiə Nazirliyi bəyənatında "Bunu Azərbaycan təbliğatçılarının xəyalının məhsulu kimi qiymətləndirin." deyə xəbərə münasibət bildirib.
Mənbə:> AzNews.info