Tarixin yeni tələbi: Rusiya və Azərbaycan ittifaqı » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Tarixin yeni tələbi: Rusiya və Azərbaycan ittifaqı

Tarixin yeni tələbi: Rusiya və Azərbaycan ittifaqı


Eynulla Fətullayev yazır

Rusiyanın Cənubi Qafqazda məruz qaldığı daha bir geosiyasi fəlakət böyük dövlətin cənub sərhədlərində hərbi-siyasi vəziyyəti kökündən dəyişdi. Qərb Rusiya ətrafında rəngli kəmər konsepsiyasını gerçəkləşdirməyə davam edir. Rusiyanın özündə status-kvonu dəyişmək üçün dəfələrlə edilən cəhdlər uğur qazanmadı, əksinə, mərkəzəqaçan qüvvələrin güclənməsi və siyasi sistemin sabitləşməsi ilə birlikdə təşəkkülünü tapmış sərt şaqul bütün postsovet məkanında Kremlin dominant rolunu möhkəmləndirməklə yanaşı, keçmiş sosialist düşərgəsi ölkələrində iqtisadi, humanitar və hətta siyasi nüfuzu genişlənməyə başladı. Budur, Qərb bütün qüvvələrini Rusiyanın nüfuz dairəsinə daxil olan zonada formalaşmış status-kvonun dəyişdirilməsinə səfərbər edib.

Rusiya ilə təhlükəli qarşıdurmanın və yeni inqilabi hökumətlər üçün idarə olunan xaos sisteminin bərqərar edilməsi qiyməti həddən çox yüksək oldu: Avroatlantik cəmiyyətlə onilliklər sonra inteqrasiyanın dumanlı və heç nə vəd etməyən perspektivi.

Tarixin yeni tələbi: Rusiya və Azərbaycan ittifaqı

narıncı yanğın keçmiş SSRİ-də kütləvi psixoza səbəb oldu


Moskva-Bakı-Ankara oxu niyə yarandı?

İki sosial-mədəni sivilizasiyanın toqquşmasının əsas meydanlarından biri Zaqafqaziya oldu. Moskvanın Suriya və Liviya qaynar qazanlarına fəal cəlbolunma vasitəsilə qarşıdurmanın arealının Yaxın Şərqə kimi xeyli genişləndirilməsi cəhdi postsovet məkanında Qərbin siyasi ekspansiyasını dayandıra bilmədi.

Əvvəlcə Rusiyanın siyasi institutları Gürcüstandan çıxarıldı, bunun ardınca isə Qərb Kremlin başlıca forpostunu – Ermənistanı ələ keçirdi. Azərbaycanda və Türkiyədə mövcud olan müstəqil və nəzarətə tabe olmayan hakimiyyətləri dəyişdirmək səyləri isə milli elitaların güclü müqaviməti ilə rastlaşdı. “Xalq üsyanları”nın, putçların, rəngli inqilabların gerçəkləşdirilməsinə dəfələrlə cəhd edilsə də, misal üçün, Qərb xüsusi xidmət orqanları tərəfindən hazırlanmış Bakıdakı feysbuk inqilabı və Ankaradakı Gezi hadisələri əks reaksiya doğurdular. Hər iki ölkədə qərb institutları potensial təhlükə və vəziyyətin məcrasından çıxması üçün real mexanizm kimi qiymətləndirilməyə başladı. Qərb tərəfindən seçilmiş, əvvəlcə Azərbaycanla, sonra isə Türkiyə ilə beynəlxalq ictimai fikirdə total gözdən salmaqda ifadə olunan münasibətlər sistemi onun üçün geriyə dönməz nəticələrə gətirib çıxardı. Osmanizmin çökməsindən və kamalizmin yaranmasından sonra keçən bir əsr ərzində qurulan Qərb-Türkiyə strateji oxu bir anın içində qopdu, Azərbaycanda fəaliyyət göstərmək üçün misli-bərabəri görünməmiş kart-blanş almış qərb siyasi institutları isə Bakıdan qovuldular.

Tarixin yeni tələbi: Rusiya və Azərbaycan ittifaqı

ox belə yarandı


Bütün siyasi tarix boyunca ilk dəfə keyfiyyətcə yeni geosiyasi konfiqurasiya yarandı ki, bu da rusiyalı ideoloqlara Moskva-Bakı-Ankara geosiyasi oxu kimi yeni konsepsiya ilə çıxış etmək imkanı yaratdı. Yeni tarixi proses Rusiya-Azərbaycan hərbi-siyasi ittifaqının yaradılmasını da şərtləndirdi. Bütün digər amillərdən savayı, Rusiya ilə Azərbaycanın yaxınlaşması həm də dünya düzəni qaydalarına, beynəlxalq təhlükəsizliyə və beynəlxalq münasibətlər sisteminə eyni yanaşma ilə şərtlənmişdi. İnsan haqlarının və xalq iradəsinin universallığını qəbul edən Rusiya və Azərbaycan birqütblü dünyanın bütün dünyaya sırınan yeni standartlarını rədd etdilər. Bu standartlar - qloballaşma, daimi siyasi partlayış nəzəriyyəsi, dövlətlərin daxili işlərinə qarışma haqqı, “böyük xaos”un əllə idarə olunması - dövlətin əzəli suveren hüququnun üstündən xətt çəkirdi. Buna görə də, Rusiya ilə Azərbaycanın ittifaqı təbii, ideya-fəlsəfi və tarixi ittifaq oldu.

Sual yanara bilər – bütün bu illər ərzində Azərbaycan və Rusiyanı səmimi müttəfiq münasibətlərindən nə çəkindirirdi? Həm Azərbaycan, həm də Rusiya üçün müttəfiq münasibətlərinin inkişafında əsas ayrılma nöqtəsi Qarabağ münaqişəsi və Ermənistan amili idi. Əvvəlcə Yerevan Ter-Petrosyanın qərbyönümlü hökuməti, sonra isə Köçəryan və Sarkisyanın Qarabağ klanı timsalında ədalətli sülhün bərqərar olması üçün bütün real modelləri rədd edirdi. Rusiya isə tarixi şərtlər baxımından Ermənistanla müttəfiqlik öhdəlikləri ilə bağlı idi.


Soros Ermənistanı Putin Rusiyasına hücum edir

Lakin Rusiya ilə qarşıdurma üçün yeni meydana çevrilmiş Ermənistanın məhz özü Kremli həlledilməz dilemmadan azad etdi. Yerevanda anti-Rusiya əhvalının partlayışı və Paşinyan hökumətinin regionda Rusiyanın hərbi-siyasi nüfuzunun əngəllənməsinə yönəldilmiş yeni xarici siyasət kursu Moskvanın əl-ayağını əməlli-başlı açdı. Ermənistanla Rusiyanın müttəfiq münasibətləri vur-tut formal xarakter daşıyır – qorxulu röyadır, yaxud da pis xatirədir, tarixin arxivinə tullanmış heç bir əhəmiyyəti olmayan kağız parçasıdır.

Tarixin yeni tələbi: Rusiya və Azərbaycan ittifaqı

Yerevanda daha Rusiya yoxdur


Paşinyanın partiyası Ermənistanın Avrasiya ittifaqından çıxmasının təşəbbüskarı olubsa və hətta hərbi ittifaqın ləğv edilməsində israr edirdisə, hansı strateji hərbi müttəfiq münasibətlərindən danışmaq olar? Axı 2016-cı ilin aprel müharibəsindən dərhal sonra məhz Paşinyan anti-Rusiya əhval-ruhiyyəsini idarə edərək, Rusiya bazalarının ölkədən çıxarılmasını tələb edirdi.

“20-25 il ərzində Rusiya dən-dən suverenliyimizi əlimizdən alırdı!.. Ermənistan-Rusiya münasibətləri tərəfdaş münasibətləri deyil – bu, danışanla dinləyənin münasibətləridir”. “Rusiya ilə Ermənistanın münasibətləri iki qumarbazın münasibətləridir”. “Ermənistan Avrasiya ittifaqına könüllü deyil, məcburən daxil olub”. Bunlar müxalifətçi deputat Paşinyanın bu yaxınlarda etdiyi çıxışlardan sitatlardır. Erməni parlamentinin stenoqramı erməni baş nazirinin Rusiyaya və onun siyasi rəhbərliyinə qarşı odlu-alovlu aqressiv çıxışlarla zəngindir.

Lakin görünür, Paşinyan sözdən əmələ keçir. Ermənistanın baş naziri KTMT-ni – Rusiyanın hərbi müttəfiqləri toplusunu tənqid edir. KTMT-nin baş katibi Yuri Xaçaturovun həbsinə cəhdi necə qiymətləndirmək olar? Tutaq ki, Norveç öz vətəndaşı olan NATO-nun baş katibi Yens Stoltenberqi həbs etmək cəhdində bulansaydı, dünya bunu necə qəbul edərdi?! Şübhəsiz ki, NATO izahat tələb edərdi, fəqət Norveç heç bir tərəddüd keçirmədən bunun ölkənin daxili işi olduğunu deyə bilərdimi? Xaçaturovun həbsinə cəhd dünya təcrübəsində misli görünməmiş hadisədir, siyasi nonsensdir və Rusiyaya qarşı açıq çağırış, sillədir. Paradoksal səslənir, bəs nəyə görə Moskvada heç kim Ermənistanın KTMT-dən xaric edilməsi barədə düşünmədi?! Rusiya KİV-lərində hiddətlənmiş publisistlər və jurnalistlər aşkar şəkildə təəccüblərini bildirərək sual verirlər – “nəyə görə Kreml Ermənistan tərəfindən KTMT-nin açıq şəkildə gözdən salınmasını görmək istəmir? Nəyə görə şantaja reaksiya vermirlər?” Rusiyalı vətənpərvərlər əmindirlər ki, “Moskva Ermənistana edilən hörmət-izzətlə tələsib və öz səhvinə görə cavab verir”.

Müasir Ermənistan hökuməti Qərbin əsas liberal missioneri Corc Sorosun geostrateji məqsədlərinin təcəssümüdür. Hakimiyyət başdan-ayağa onun yetişdirmələridir. Yalnız aparıcı erməni nazirlərinin keçmişlərinə nəzər salın.
Tarixin yeni tələbi: Rusiya və Azərbaycan ittifaqı

Paşinyanın ətrafında yalnız sorosçulardır

Əgər xarici siyasət üzrə müşaviri Arsen Xaratyan Soros Fondunun Gürcüstan nümayəndəliyinin və Amerikanın NED təşkilatının maliyyə dəstəyi ilə fəal təşviqat işləri ilə məşğuldursa, Rusiya ilə münasibətlərdə Paşinyandan nə gözləmək olar? Ermənistanın Dövlət Nəzarət Xidmətinin rəisi, anti-Rusiya mitinqlərinin koordinatoru David Sanasaryan və diaspora nazirinin müavini Babken Ter-Qriqoryan isə Soros Fondunun Yerevanda ən iri proqramlarını koordinasiya ediblər. Sümüyünün iliyinə qədər qərbyönümlü olan təhsil və elm naziri Araik Arutyunyan həmin Soros Fondu tərəfindən maliyyələşən “Helsinki assosiasiyası” və “Transparency International” təşkilatlarında işləyibsə, müasir Ermənistanla Rusiyanın hansı hərbi-siyasi ittifaqından danışmaq olar?! Bəs erməni güc strukturlarının işini koordinasiya edən Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan? O da uzun müddət Amerikanın “Counterpart International” və “Transparency International” təşkilatlarında çalışıb! Baş nazirin birinci müavini Ararat Mirzoyan Amerikanın məşhur IFES təşkilatının koordinatoru olub, kənd təsərrüfatı naziri Artur Xaçatryan Amerikanın USAID hökumət təşkilatının proqramlarını idarə edib, seçki islahatları üzrə xüsusi komissiyanın katibi Daniel İonisyan yeganə məqsəd – Rusiyanın inteqrasiya layihələrinə qarşı təşviqat aparmaq üçün yaradılmış “Məlumatlı vətəndaşlar ittifaqı” təşkilatının lideridir. Doğrudanmı, bütün bu nazirlər və nüfuzlu şəxslər bütün şüurlu həyatları boyunca qarşı çıxdıqları Rusiya ilə müttəfiq münasibətlərinin davam etdirilməsinə tərəfdar olacaqlar?

Ermənistanın sorosçu hökuməti Rusiyanın artıq iqtisadi maraqlarına ilk hiss olunan zərbəni endirib. Paşinyan hökuməti İran qazının Ermənistana nəqli üzrə gücləndirilmiş şəkildə danışıqlara başlayıb. Aydındır ki, Ermənistan İran qazını alaraq, Rusiya qazından imtina etmək və bununla da Kremlin Yerevana təsirini zəiflətmək niyyətindədir. Rusiya-Ukrayna qarşıdurmasından dərs alan Paşinyan anlayır ki, Kremllə siyasi cəbhələşmə dərinləşdiyi halda – bu isə qaçılmazdır – Rusiya əsas təzyiq vasitəsindən istifadə edəcək və “qaz müharibəsi”nə əl atacaq. Potensial riskləri əvvəlcədən gözə alaraq, Yerevan, sadəcə olaraq, əsas təzyiq vasitəsini Rusiyanın əlindən çıxarmağa çalışır... Digər tərəfdən, liberal obrazında çıxış edərək, Paşinyan hökuməti dərhal özünün siyasi rəqiblərinin barəsində ölçüyəgəlməz və əsas etibarilə qeyri-legitim repressiya metodlarına əl atdı. Yerevanda rusiyayönümlü siyasətçilərin və Rusiyanın xarici siyasətinin tərəfdarlarının əsl ovuna başlanıb. Onları izləyirlər, ifşa edirlər, həbsə atırlar...

Tarixin yeni tələbi: Rusiya və Azərbaycan ittifaqı

Paşinyan Kremllə qaz müharibəsinə hazırlaşır


Çox güman ki, Ermənistan Rusiya ilə humanitar tərəfdaşlığa da son qoyacaq. Ölkənin Mədəniyyət Nazirliyinin başına kimin keçməsinə diqqət yetirin – Amerikanın Sülh korpusunun keçmiş əməkdaşı Lilit Makunts. O, Ermənistanda rus dilinin məhdudlaşdırılması üzrə kampaniyanın təşəbbüskarı və əsas təbliğatçılarından biri olub! Səhiyyə naziri Arsen Torosyan da keçmiş Amerika QHT-çisidir. Ədliyyə naziri Artak Zeynalyan isə USAID-də “doğma”lardan olub. Təbiətin mühafizəsi naziri Erik Qriqoryan “Amnesty International”dan siyasi partiyaların inkişafı üzrə “Civil Contract” adlı layihə üçün kifayət qədər böyük – 274 min dollarlıq qrant alıb…

Paşinyan başda olmaqla bütün bu ictimai xadimləri vahid anti-Rusiya platforması və Rusiya siyasi rəhbərliyinə qatı nifrət birləşdirir. Əlbəttə, həm də Sorosun müasir dünya düzəni anlayışı, yəni ABŞ-ın dünya sistemində dominant rolu barədə təsəvvürlərlə ideya birliyi. Bütün erməni hökuməti Amerika erməniliyi - erməni dövlətinin gündəminin müəyyən olunmasında başlıca rola malik olan diasporla üzvi və bütöv şəkildə bağlıdır. Heç bir şübhə yoxdur ki, Paşinyan hökumətinin başlıca missiyası Ermənistanı keyfiyyətcə ABŞ-ın, Sorosun və Amerika ermənilərinin Qafqazdakı hərbi-siyasi meydanına çevirməkdən ibarətdir.



Ermənilər indi Rusiyanı parçalayır

Amerika istebleşmentinin nüfuzlu oyunçularının ABŞ erməniləri ilə konsolidasiyası amilini də nəzərə alsaq, Rusiyanın regiondakı həyati əhəmiyyətli maraqlarını və təkcə Rusiyanın deyil, eləcə də Türkiyə və İranın, Xəzəryanı digər dövlətlərin strateji maraqlarının da təmsil olunduğu mövcud regional təhlükəsizlik sistemini təhdid edən təhlükənin miqyasını təsəvvür etmək olar.

Məsələn, dünya ermənilərinin ABŞ-dakı əsas müttəfiqlərindən ikisi senator Robert Menendez və konqresmen Adam Şiff kimi nüfuzlu siyasi xadimlərdir. Onlar Amerika ermənilərinin maraqlarının keşiyində dayanıblar. Məhz Menendez və digər bəzi senatorlar vaxtilə Senatda Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyini əngəlləmişdilər. Brayzanın bütün günahı bundan ibarət idi ki, o, Minsk Qrupunun həmsədri statusunda qərəzsiz mövqe nümayiş etdrmişdi. Adam Şiff isə ilbəil metodik və məqsədyönlü şəkildə ABŞ prezidenti tərəfindən uydurma “soyqırımın” tanınması ideyasını həyata keçirməyə səy göstərir.

Lakin bu parlamentariləri təkcə “Böyük Ermənistan” ideyasına sonsuz sevgi birləşdirmir, onlar həm də dirçələn Rusiyaya qarşı azğın nifrət bəsləyirlər. Məhz Menendez və Şiff Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinin ideya ruhlandırıcılarıdır.

Tarixin yeni tələbi: Rusiya və Azərbaycan ittifaqı

okeanın o tayında Rusiyaya qarşı yeni plan


Belə görünür ki, okeanın o tayında Rusiyanı zəiflətmək üçün yeni doktrina işləyib hazırlayıblar. Yarım əsr ərzində Qərb ikinci dəfədir ki, erməni amilindən özünün qlobal düşmənin sıralarında mərkəzdənqaçma meyllərini gücləndirmək üçün istifadə edir. Əgər birinci dəfə Amerika xüsusi xidmət orqanları SSRİ-də ilk qaynar nöqtəni - Qarabağ münaqişəsini sovet dövlətçiliyinin əsaslarını sarsıtmaq üçün fəal manipulyasiya edirdisə, hazırda erməni amili Putin Rusiyasında situasiyanın qarışdırılmasına yönəldilib.

Biz dəfələrlə sual vermişik, hansı məqsədlə balaca, 3 milyonluq Ermənistanda Vaşinqton özünün ən iri səfirliklərindən birini yerləşdirib?! Axı Yerevandakı Amerika səfirliyinin personalının sayı iki mini keçir! Ötən məqalələrimizdən birində olduqca mötəbər, məlumatlı mənbəyə istinadən ABŞ-ın Ermənistandakı səfirliyinin əməkdaşları ilə Rusiyadakı erməni diasporunun nüfuzlu nümayəndələri arasında sıx təmaslar, qarşılıqlı əlaqələr haqda yazmışdıq. Bəlkə söhbət banal ələalmadan gedir? Bir halda ki, Rusiya xüsusi xidmət orqanları burunlarının ucunda, özlərinin əsas forpostunda Soros inqilabını gözdən qaçırıblar, bəlkə Amerika xüsusi xidmət orqanlarının dünya erməniliyi vasitəsilə dağıdıcı işini də görməyiblər?

Tarix ancaq bir şeyi öyrədir - heç kim heç nədən dərs çıxarmır. Belə görünə bilərdi ki, Berlin konqresindən başlayaraq məşhur erməni məsələsinin tarixçəsini, erməni separatizminin və dağıdıcılığının dünyanın aparıcı oyunçuları ilə qarşıdurmada istifadə edilməsi metodologiyasının tarixçəsini öyrənib analiz etmək elə də çətin deyil. Ermənilər və erməni məsələsi preventiv “qisas silahı” kimi seçilib. Buna Osmanlı imperiyasının çöküşü tarixinin ağ ləkələri də dəlalət edir. Tarix heç kimə heç nəyi öyrətmir və məhz buna görə onun inkişaf mərhələləri spiralvari hərəkəti xatırladır. Gözlənilən və yeni hadisələr əslində əvvəlkilərin təkrardır.

Tarixin yeni tələbi: Rusiya və Azərbaycan ittifaqı

hər şey Berlin konqresindən başladı


Rusiya siyasi rəhbərliyi vaxtilə Osmanlı sultanlığı kimi dünya ermənilərinin nümayəndələrini milli elitaya - idarəetmə aparatına, siyasətə, biznesə, KİV-lərə və s. daxil etməklə həddən artıq böyük riskə yol vermir ki? Simonyan, Qabrielyan, Miqranyan, Kurginyan, Babayan, Canibekyan... Hər yerdə ancaq ermənilərdir. Hansılar ki, onlar üçün dünya ermənilərinin maraqları öz ölkələrinin milli-dövlət maraqlarından həmişə üstündür.

Təzə misal. Politoloq Baqdasarov Rusiya telekanallarından birində teledebatlar zamanı LDPR-dən olan rusiyalı deputat Dmitri İvanoviç Savelyevi məhv etməyə açıq çağırış edib. Sual olunur - nəyə görə? Onun 2016-cı ilin aprel döyüşlərində azad edilmiş Qarabağ düzünə səfərinə görə. Hansı ki, Savelyev orada Azərbaycanı Rusiyanın Qafqazdakı yeganə müttəfiqi adlandırmışdı. Bəyəm Baqdasarov Savelyevi məhv etməyə çağırarkən Rusiyanın maraqlarını rəhbər tuturdu?

Qətiyyən, çünki Rusiyanın maraqları Azərbaycanda siyasi təsirlərini gücləndirməyi tələb edir. Savelyev isə bu maraqları müdafiə edir. Lakin Baqdasarov öz ölkəsinin maraqlarını yox, dünya ermənilərinin və işğalçı Ermənistanın maraqlarını üstün tutur, Rusiyanın maraqlarına xidmət edən deputatı məhv etməyə çağırır. Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları hara baxır?! Və nəyə görə adekvat reaksiya yoxdur?!

Tarixin yeni tələbi: Rusiya və Azərbaycan ittifaqı

Baqdasarov Savelyevi Rusiyaya xidmət etməkdə ittiham edir


Bəs Amerika agenti Andranik Miqranyanın Rusiya teleefirindəki çıxışlarına reaksiya varmı? Əgər efiri jurnalist Babayan tərəfindən Qarabağ separatizminin tirajlanması üçün seçilmiş TVS telekanalı Rusiyanın özünün quruluşuna qarşı yönəlibsə buna nə deyəsən. TVS kanalına erməni təsiri elə miqyas alıb ki, sanki bu erməni telekanalıdır.

Dünya erməniliyi Rusiyada da ABŞ-dakı kimi hərəkət edir. Ermənilərin ictimai, siyasi və iqtisadi həyatın bütün strateji sferalarını zəbt etməsi azmış kimi onlar üstəlik Rusiya siyasi elitasının nüfuzlu nümayəndələrini də özlərinin kampaniyasına cəlb ediblər. Bu sırada dayanan ən odioz xadimlərdən biri hamıya yaxşı tanış olan Konstantin Zatulindir. Bu adam özünün bütün siyasi fəaliyyətini Azərbaycanla mübarizəyə həsr edib. Sual olunur, Zatulin daha nə qədər Dövlət Dumasının MDB ölkələri komitəsinin sədr müavini postunu tutacaq? Və doğrudanmı, onun MDB barədə təsəvvürləri ancaq hazırda artıq sorosyönümlü olmuş Ermənistanın obrazından o yana keçmir? Axı Zatulin öz ölkəsinin yox, Ermənistanın maraqlarını müdafiə edir!

Zatulinin və onunla əlbir olan Rusiya ermənilərinin bütün şüurlu fəaliyyəti ancaq bir məqsədə, ideyaya yönəlib - Rusiya ilə Azərbaycanın münasibətlərinə maksimum ziyan vurmaq, Azərbaycan və rus xalqları arasında əslər boyu sınaqdan çıxmış qardaşlıq münasibətlərini dağıtmaq.



Putin və Əliyev tarixi ədalət ərəfəsində

Ermənistan Rusiya ilə buzlu müharibənin bir addımlığındadır, belə bir vaxtda Azərbaycan Moskva ilə hərbi-siyasi ittifaqı möhkəmləndirir. Və bu ittifaq möhkəm özül - Vladimir Putinlə İlham Əliyevin şəxsi dostluq və qarşılıqlı etimada söykənən münasibətləri üzərində yüksəlir. İki prezidentin uğurlu dialoq formatı bir çox situasiyaların həllinə və təkcə iki ölkə münasibətləri sistemində deyil, regional siyasət arxitekturasnın formalaşmasında da yeni modellərin meydana çıxmasına imkan verir. Xəzəryanı ölkələrin son sammitində əldə edilmiş möhtəşəm uğur əsasən iki prezidentin ümumi konsepsiyasına borcludur. Putin və Əliyev bir-birlərini yarım sözdən başa düşürlər və bütün regionun inkişafına yol açan layihələr həyata keçirirlər.


Tarixin yeni tələbi: Rusiya və Azərbaycan ittifaqı

iki qardaş ölkənin ittifaqının möhkəm özülü


Məhz Putin və Əliyev əbədi Xəzər mübahisəsinin bütün ölkələrin maraqları nəzərə alınmaqla ədalətli həllini tapdılar, Xəzəri yeni hüquqi statusla təmin etdilər. Prezidentlər Şimal-Cənub layihəsi çərçivəsində qlobal nəqliyyat-kommunikasiya arteriyasının da əsasında dayandılar. Bu dəhliz şimali Avropanı Hindistan və Cənub-Şərqi Asiya ilə birləşdirir.

Yeri gəlmişkən, Azərbaycan bu dəhlizin öz ərazisinə düşən hissəsində bütün işləri tamamlayıb. Bu barədə Rusiya prezidenti də öz çıxışlarında deyir. Hazırda Azərbaycan marşrutun İran hissəsinin tamamlanması üçün bu ölkəyə kömək edir. Azərbaycan İrana yarım milyard dollar kredit ayırıb və bütün işlərin vaxtında tamamlanmasına çalışır. Putin və Əliyev Bakı-Tbilisi-Qars dəmiryol kommunikasiyasının inkişafı layihəsində də tarixi anlaşma əldə etdilər. Məlum olduğu kimi, bu layihə prezident İlham Əliyevin şəxsi təşəbbüsüdür. Prezidentlər anlaşıblar ki, Rusiya biznesi öz məhsullarını daşımaq üçün bu dəhlizdən istifadə etsinlər! Etiraf etməmək mümkün deyil ki, bu həqiqətən iki prezidentin tarixi uğurudur.

Paralel olaraq Rusiya-Azərbaycan tərəfdaşlığının sözün hərfi mənasında bütün strateji sferalarda çoxvektorlu qlobal genişlənməsi baş verir - siyasi, iqtisadi, humanitar sahələrdə...

Azərbaycn Rusiyanın Böyük Asiyaya çıxış qapısına çevrilir. Rusiya da bir əsr sonra Azərbaycan üçün hüdudsuz Avrasiya məkanına, sosial-mədəni inteqrasiyaya, elmi tərəqqiyə, mükəmməl hərbi texnologiyalara və siyasi modernizmə pəncərədir. Sıx tərəfdaşlıq və müttəfiqlik bağları Rusiya dövlətçilərinə və milli vətənpərvərlərinə Azərbaycanı Rusiyanın Qafqazdakı yeganə müttəfiqi adlandırmağa imkan yaradıb.

Rusiya yenidən Qarabağı Azərbaycan torpağı elan edir


Bu strateji ittifaqın zirvəsi Rusiyanın tanınmış ictimai və siyasi xadimlərinin aprel müharibəsi zamanı azad edilmiş Cocuq Mərcanlı kəndinə tarixi səfəri oldu. Kremlyönümlü ideoloq Dugin, deputat Savelyev, tanınmış ekspertlər və hətta hakim “Vahid Rusiya” partiyasının nümayəndələri Azərbaycan ordusunun Lələtəpədəki blindajlarına və səngərlərinə qalxdılar. Oradan səmimi şəkildə elan etdilər ki, Qarabağ Azərbaycan torpağıdır.

Və suveren Azərbaycanın ərazi bütövlüyünə can atan Rusiyanın tarixi ədaləti bərpa etmək üçün bütün səyləri göstərəcəyi o saat da uzaqda deyil...

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *