Putinin tərəfdaşları Cocuq Mərcanlıda, cəbhə xəttində » AzNews.info -Xəbər portalı

Putinin tərəfdaşları Cocuq Mərcanlıda, cəbhə xəttində

Putinin tərəfdaşları Cocuq Mərcanlıda, cəbhə xəttində


Ötən il, hələ Ermənistandakı “məxməri inqilabdan” xeyli əvvəl Beynəlxalq Avrasiya Hərəkatı və İzbor Klubu-Rusiyada Vladimir Putinin yenidən dövlət başçısı postuna qaytarılması uğrunda siyasi mübarizənin qızğın vaxtında yaranmış iki aparıcı ictimai platforma yeni geosiyasi Bakı-Moskva oxunun yaradılmasının tərəfdarları kimi çıxış etdilər.

Azərbaycanın xüsusən də Moskva-Bakı-Ankara və Moskva-Bakı-Tehran çoxsəviyyəli qarşılıqlı münasibətlər sisteminin formalaşması baxımından artan müstəsna geosiyasi roluna nəzər salaraq Rusiyanın milli-vətənpərvər qüvvələri Moskva ilə Bakı arasında strateji tərəfdaşlığın prezidentlər Vladimir Putin və İlham Əliyev arasında şəxsi etimada əsaslanan sistemli hərbi-siyasi ittifaq səviyyəsinə çatdırılmasını təklif etdilər. Və Azərbaycanın xarici siyasət strategiyasında Rusiyanın regiondakı dominant siyasi mövqeyi prezident İlham Əliyevin mühüm bəyanatı ilə yeni anlamda müəyyən olundu: “Rusiya regionda stabilliyin qarantıdır”.

Rusiya-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçməsi Qarabağ probleminin-regional təhlükəsizlik sisteminin destablizasiyasının ən başlıca katalizatorlarından birinin və Rusiya prezidentinin şəxsi təşəbbüsü çərçivəsində başladılan avrasiya sosial-mədəni inteqrasiya proseslərinin genişləndirilməsi yolundakı ən ciddi çağırışın yenidən dəyərləndirilməsinə zəmin yaratmış oldu.
Putinin tərəfdaşları Cocuq Mərcanlıda, cəbhə xəttində

Moskvada konfrans, 14 sentyabr 2017-ci il

Bütün region üçün Qarabağ münaqişəsinin permanent eskalasiyası ilə meydana çıxmış siyasi risklərin yenidən dəyərləndirilməsi ədalətli sülh formulunun axtarışlarına yönəlmiş yeni cəhdləri şərtləndirdi. Belə cəhdlərdən biri Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqinin konseptual fabulası-siyasi tezisi ola bilər. Duqin sonradan hakimiyyətdən devrilmiş Serj Sərkisyanın qismində Ermənistan hakimiyyətini ilkin şərtlər qymadan və dərhal Dağlıq Qarabağ regionu ətrafındakı işğall edilmiş rayonlardan beşini qaytarmağa çağırdı.

Ədalətli sülhə nail olmaq üçün bu mühüm ilkin şərtin reallaşdırılması əsasında yeni Moskva-Bakı geosiyasi oxu modeli də yaradılmalı idi. 2017-ci ilin sentyabrında Moskvada keçirilmiş konfransın bir çox nüfuzlu iştirakçılarının çıxışlarında Qarabağ probleminin ədalətli və kompromislərə əsaslanan həllinə dair çağırışlar ifadə olundu.

Ancaq Ermənistanda Rusiyanın siyasi təsirini regiondan tamamilə sıxışdırmağa çağıran qərbmeylli siyasi qüvvələrin hakimiyyətə gəlişi ilə nəticələnən “məxməri inqilab”ın ardınca Cənubi Qafqazdakı son geosiyasi dəyişikliklər , habelə Gürcüstanın qərbyönümlü hökumətinin avroatlantik cameəsi ilə inteqrasiyaya dair birmənalı seçim etməsi, bu fonda Rusiya ilə Azərbaycan arasında siyasi tərəfdaşlığın genişləndirilməsi Moskvadakı dövlətçi qüvvələrin bu yeni yanaşmasını zəruri edir-Bakı Rusiyanın Qafqazdakı yeganə siyasi müttəfiqi kimi qalır.
Putinin tərəfdaşları Cocuq Mərcanlıda, cəbhə xəttində

Putinlə Əliyevi şəxsi etimad üzərində qurulmuş münasibətlər
birləşdirir

“Moskva-Bakı geosiyasi oxu” ictimai platforması çərçivəsində təşkil olunan ikinci konfrans da məhz yaranmış bu yeni situasiyaya həsr edilib. Bu gün iyulun 1-də Rusiya ictimaiyyətinin tanınmış nümayəndələri, Beynəlxalq Avrasiya Hərəkatı, İzbor klubu, Dövlət Dumasının deputatları, o cümlədən hakim “Vahid Rusiya” partiyasından deputatlar “Azərbaycan Rusiyanın Qafqazdakı yeganə siyasi müttəfiqidir” devizi altında keçirilən konfransda iştirak üçün Azərbaycana gəliblər.

Konfransın keçirilməsi üçün yer Azərbaycan üçün mühüm siyasi simvoldan çıxış edərək seçilib. Belə ki, konfrans 2016-cı ilin aprel döyüşləri zamanı Lələtəpə strateji yüksəkliyinin azad edilməsi ilə Cəbrayıl rayonunun düşmən nəzarəti altından çıxarılmış və sürətlə bərpa edilmiş Cocuq Mərcanlı kəndində keçiriləcək.
Putinin tərəfdaşları Cocuq Mərcanlıda, cəbhə xəttində

Ermənistanda məxməri inqilab – hakimiyyətdə Rusiyanın düşmənləridir


Konfrans iştirakçıları arasında Rusiyanın nüfuzlu ictimai-siyasi xadimləri-Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin, ictimai xadim və teleaparıcı Maksim Şevçenko, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko, politoloq Yevgeni Baxrevski, “Russia Today” kanalının aparıcı analitiki Aleksandr Bovdunov, Dövlət Dumasının deputatı, “Vahid Rusiya” partiyasından Aleksey Yezubov, Dumanın komitə sədrinin müavini Dmitri Savelyev, Duma spikerinin köməkçisi Vladislav Kalxidov və bir çox digər tanmış ictimai-siyasi xadimlər, Rusiya siyasi fikrinin nümayəndələri iştirak edirlər.

Haqqin.az və virtualaz.org saytlarının reportyor qrupu həmin konfransı online rejimdə işıqlandırmaq üçün artıq Cocuq Mərcanlı kəndindəndir. Gün ərzində konfransdan çıxışları oxuculara çatdıracağıq.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *