Merkel: Bakıdakı danışıqlar deputatdan daha önəmlidir
Almaniya kansleri Angela Merkel deputat Albert Vaylerin Azərbaycana səfər edəcək nümayəndə heyətinin tərkibindən çıxarılmasına aydınlıq gətirib.
Oxu.Az-ın “İnterfaks-Azərbaycan”a istinadən verdiyi məlumata görə, o, Ermənistan baş naziri Nikol Paşinyanla birgə brifinqdə almaniyalı jurnalistin sualına cavab olaraq bildirib ki, Bakıdakı danışıqlar daha önəmlidir:
“Qərara gəldik ki, onun işini başqa deputat görəcək. Belə qərara ona görə gəldik ki, bizim üçün bu danışıqlar önəmlidir. Yalnız danışıqlar yolu ilə çətin məsələləri həll etmək mümkündür”.
Mənbə:> Oxu.Az