Azərbaycan XİN təsdiqlədi: Merkel Bakıya gəlir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Azərbaycan XİN təsdiqlədi: Merkel Bakıya gəlir

Azərbaycan XİN təsdiqlədi: Merkel Bakıya gəlir


Almaniya kansleri Angela Merkel avqustun 25-də Bakıya səfər edəcək.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” qəzetinə Azərbaycan XİN-nin mətbuat katibi Hikmət Hacıyev bildirib.

“Ölkələrimiz arasında dostluq və qarşılıqlı anlaşmaya əsaslanan münasibətlər mövcuddur, - deyə o bildirib. – Ümid edirəm, bu səfər onların gələcək inkişafına təkan verəcək”.

Qeyd edək ki, iyulda “Sputnik Armeniya” agentliyi Angela Merkelin Tbilisi, Yerevan və Bakıya səfərinə hazırlıq barədə xəbər yaymışdı.

“Kansler avqustun 23-də Tbilisi, 24-də Yerevan, 25-də Bakıda olacaq”, - deyə o zaman adının çəkilməsini istəməyən mənbə bildirmişdi.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *