Merkel Putinlə görüşə gəldi və... » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Merkel Putinlə görüşə gəldi və...

Merkel Putinlə görüşə gəldi və...

Almaniyanın kansleri Angela Merkel Rusiyaya səfər edib.

Virtualaz.org-un məlumatına görə, Soçi şəhərində A.Merkel Rusiya prezidenti Vladimir Putinlə və baş nazir Dmitri Medvedevlə görüşüb.

D.Medvedevin yeni hökumət formalaşdırdığını öyrənən kansler rus dilində onları təbrik edib və uğurlar arzulayıb.

Xatırladaq ki, daha əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Putinin Merkellə “Şimal axını-2” qaz kəmərinin tikintisi ətrafında vəziyyəti, həmçinin Suriya və Ukrayna münaqişələrinin nizama salınması məsələlərini müzakirə edəcəyini bildirmişdi.

Danışıqlar əvvəlcə məhdud, daha sonra geniş tərkibdə keçiriləcək. Liderlər danışıqların nəticələrinə görə mətbuat konfransı keçirəcəklər.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *