Merkel Azərbaycan səfərini niyə ləğv etmədi? » AzNews.info -Xəbər portalı

Merkel Azərbaycan səfərini niyə ləğv etmədi? – VİDEO

Merkel Azərbaycan səfərini niyə ləğv etmədi?


İsrailin “ILand” telekanalı öz verilişlərindən birini Almaniya kansleri Angela Merkelin Azərbaycana gələcək səfərinə həsr edib.

Belə ki, verilişin aparıcısı səfər öncəsində Azərbaycanın Xristian-Demokrat İttifaqından Merkeli müşayiət edən deputat Albert Vaylerin ölkəyə girişinə qadağa qoymasını xatırladıb. Qadağaya səbəb Vaylerin icazəsiz olaraq Dağlıq Qarabağa səfər etməsi olub.

Aparıcı sual verir ki, nəyə görə komandasının üzvünə Azərbaycana giriş qadağan edildikdən sonra Merkel ölkəyə səfərini ləğv etməyib. Buna cavab olaraq studiyada olan ekspert bildirib ki, bu dövlət səfəridir və alman deputatına qoyulan qadağa onu təxirə sala bilməz.

Eyni zamanda, telekanalın əlaqə saxladığı ekspert Mixail Krutixin qeyd edib ki, Angela Merkelin Bakıya səfəri kommersiya xarakterindən çox siyasi xarakter daşıyır.

“Hamı deyir ki, Merkel Azərbaycana qaz dalınca gedir. Lakin yadda saxlamaq lazımdır ki, Avropa yalnız 10 milyard kub metr qaz alacaq, bu isə dənizdə bir damladır. Azərbaycanla Türkiyənin xüsusi münasibətlərinə və Almaniya-Türkiyə münasibətlərinin hansı böhran vəziyyətində olmasına diqqət yetirmək lazımdır. Bu siyasətdir, kommersiya deyil”, - o bildirib.


Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *