Ermənistan mətbuatı Qurban Qurbanovdan yazdı » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Futbol

Ermənistan mətbuatı Qurban Qurbanovdan yazdı

Ermənistan mətbuatı Qurban Qurbanovdan yazdı


Ermənistan mətbuatı “Qarabağ” klubunun baş məşqçisindən yazıb.

AzNews.info-nun ANS PRESS-ə istinadən məlumatına görə, Qurban Qurbanovun albaniyalı tələbələrinə Ermənistan qarşısında qələbə qazanacaqları təqdirdə mükafat vəd etməsi Ermənistan mətbuatının diqqətindən qaçmayıb.

Əksər erməni saytları baş məşqçinin sözlərini manşetə çıxarıblar. Ermənilər Ansi Aqolinin Ermənistanla matçı ilə bağlı açıqlamarına da yer veriblər.

“Mən Azərbaycanda oynayıram. Bu matç azərbaycanlıların diqqət mərkəzində olacaq. Çünki iki ölkə arasında gərgin münasibətlər var. Buna görə əminəm ki, azərbaycanlılar bizi və Albaniya yığmasını dəstəkləyəcək”, - deyə Ansi Aqoli söyləyib.

Qeyd edək ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bir neçə gün öncə Azərbaycan mətbuatına maraqlı açıqlama verib. Baş məşqçi bildirib ki, martın 29-da keçiriləcək oyunda Albaniya millisi Ermənistana qalib gəlsə, Ansi və Telliyə mükafat verəcək.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *