İlqar Məmmədov azadlığa çıxır » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

İlqar Məmmədov azadlığa çıxır – YENİLƏNİB

İlqar Məmmədov azadlığa çıxır

Şəki Apellyasiya məhkəməsi REAL sədri İlqar Məmmədovun cəzasının çəkilməmiş qalan hissəsini şərti cəza ilə azad edərək onun azadlığa buraxılması haqda qərar çıxarıb.

Lakin İ.Məmmədovu hələ azadlıqda görən olmayıb. Vəkili Fuad Ağayev bildirib ki, İ.Məmmədov əslində məhkəmə zalından azadlığa buraxılmalı idi, lakin fərqli prosedur tətbiq edilib. REAL sədri məhkəmədən kanvoy nəzarətində aparılıb və çox güman ki, onun azadlığa buraxılması axşam saatlarında Bakıda saxlanıldığı 2 saylı islah-əmək müəssisəsindən baş verəcək.

* * *12:15

Şəki Apellyasiya Məhkəməsinin hakimi Gündüz Abbasovun sədrliyi ilə keçirilən prosesdə REAL hərəkatının həbsdə olan sədri İlqar Məmmədov azadlığa buraxılıb.

Bu barədə vəkil Fuad Ağayev məlumat verib.

Xatırladaq ki, İ.Məmmədov 2013-cü il yanvarın 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunmuşdu. O, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *