Minlərlə rus əsgəri və yüzlərlə hərbi texnika Gürcüstanda NATO qoşunlarına qarşı » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Hərbi

Minlərlə rus əsgəri və yüzlərlə hərbi texnika Gürcüstanda NATO qoşunlarına qarşı

Minlərlə rus əsgəri və yüzlərlə hərbi texnika Gürcüstanda NATO qoşunlarına qarşı

Gürcüstanda NATO-nun çoxmillətli “Noble Partner-2018” təlimlərinin başlamasından cəmi bir gün sonra Rusiyanın separatçı Abxaziya bölgəsindəki qoşunları həyacan siqnalı ilə poliqonlara yeridilib.

Virtualaz.org xəbər verir ki, Cənub Hərbi Dairəsinin yaydığı məlumata əsasən Rusiya ordusunun 2.5 mindən çox hərbi qulluqçusu və 600-dən çox silah vahidi, hərbi texnikası, o cümlədən Qara dəniz donanmasının dəniz piyadaları, motoatıcı bölmələr irimiqyaslı təlimlərə başlayıblar. Təlimlərdə şərti düşmənin desantının neytrallaşdırılması, həmlə və əks həmlə əməliyyatları sınaqdan keçirilir.

Minlərlə rus əsgəri və yüzlərlə hərbi texnika Gürcüstanda NATO qoşunlarına qarşı


Analitiklər şübhə etmir ki, Rusiya ordusunun Abxaziyada başlatdığı təlimlər NATO təlimlərinə cavabdır. “Noble Partner-2018” təlimlərində 1300 gürcü və 1170 Amerika əsgəri, habelə NATO-nun səkkiz ölkəsindən daha bir neçə yüz hərbçi iştirak edir. Təlimlər Rusiya ilə Gürcüstan arasında 2008-ci ilin avqust müharibəsinin 10-u ildönümü ərəfəsində başlayıb. Azərbaycan və Ermənistan da bu təlimlərdə məhdud kontingentlə iştirak edir. Təlimlərin əsas iştirakçısı olan ABŞ ordusu Gürcüstana 12 “Bredli” piyada döyüş maşını, motoatıcı rota, 5 “Abrams” tankı, 9 “Apache” və “Blackhawk” vertolyotları göndərib.

Minlərlə rus əsgəri və yüzlərlə hərbi texnika Gürcüstanda NATO qoşunlarına qarşı


Təlimlərin açılışında Gürcüstan prezidenti Georgi Marqvelaşvili NATO kontintgentinə müraciətlə deyib: “Bu gün siz o ölkənin ərazisindəsiniz ki, torpaqlarının 20 faizi qonşu Rusiya tərəfindən tamamilə qanunsuz şəkildə işğal edilib”.

Rusiyalı politoloq Arkadi Dubnov Abxaziyada başlayan irimiqyaslı təlimlərin kifayət qədər sadə səbəbinin olduğunu deyir. Onun mövqeyinə görə söhbət bundan gedir ki, Moskva özünün Cənubi Qafqaz regionunda xüsusi maraqlarının olduğunu dönə-dönə təsdiq etməyə hazırdır.

Minlərlə rus əsgəri və yüzlərlə hərbi texnika Gürcüstanda NATO qoşunlarına qarşı


“Ona görə də istənilən “regiondankənar oyunçunun” bu məkanda peyda olması Kreml üçün qəbuledilməzdir. Yəqin Moskva bu qırmızı xətti göstərmək istəyir və Qərbə mesaj verir ki, onu keçmək lazım deyil. İlk növbədə söhbət NATO-nun genişləndirilməsindən gedir. Çünki NATO-nun sonuncu sammitində Gürcüstanın alyansa üzvlüyü barədə növbəti dəfə vəd verilib. Bu isə Rusiya üçün qəbuledilməzdir”-ekspert deyib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *