Rusiya sərhədlərində “Abrams” tankları, “Apaçi” vertolyotları » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Hərbi

Rusiya sərhədlərində “Abrams” tankları, “Apaçi” vertolyotları

Rusiya sərhədlərində “Abrams” tankları, “Apaçi” vertolyotları

Cəmi bir neçə gün sonra-avqustun 1-də Gürcüstanda NATO-nun çoxmillətli “Noble Partner” (“Layiqli tərəfdaş”) hərbi təlimlərinin sayca dördüncüsü başlayır. Virtualaz.org xəbər verir ki, artıq dördüncü ildir keçirilən bu təlimlər Rusiyada hər dəfə qəzəb və hiddətlə qarşılanıb. O cümlədən Azərbaycan və Ermənistanın bu təlimlərdə iştirakı məsələsi hər dəfə xüsusi həssaslıqla nəzərdən keçirilib.

İndi də belədir və Gürcüstan Müdafiə Nazirliyinin saytında yer alan rəsmi məlumata əsasən həm Azərbaycan, həm Ermənistan təlimlərdə iştirakını təsdiq edib. Onların adları təlimlərdə iştirak edəcək 13 ölkənin siyahısındadır.

Təlimlərdə NATO üzvü olan ölkələrdən 3 mindən çox hərbçi, o cümlədən ABŞ ordusunun 1500-ə yaxın hərbçisi, onlarla “Abrams” tankları və “Apaçi” vertolyotları, digər hərbi texnikası iştirak edəcək. Amerika hərbi texnikası Gürcüstana dəniz yolu ilə gətiriləcək, Poti limanında boşaldılacaq və oradan tanklar Tbilisi yaxınlığındakı Vaziani hərbi bazasına hərəkət edəcəklər. Təlimlərə üzv ölkələrdən ABŞ-la yanaşı Türkiyə, Fransa və Almaniya qatılır.

Rusiya sərhədlərində “Abrams” tankları, “Apaçi” vertolyotları


Lakin Ermənistanın təlimlərdə iştirak edəcək ölkələrin siyahısında yer alsa da bu ölkənin Müdafiə Nazirliyi hələ məsələyə aydınlıq gətirməyib. Erməni siyasi analitiklər ötən ilki “Noble Partner” təlimlərində yaranmış vəziyyəti yada salırlar. Belə ki, uzun müddətli sükutdan sonra təlimlərə cəmi bir gün qalmış Ermənistan müdafiə naziri Vigen Sərkisyan təlimlərə qatılmayacaqlarını bildirdi. Baxmayaraq ki, Ermənistanın bayrağı artıq Vaziani bazasında təlimlərə qatılan ölkələrin bayraqları arasında qaldırılmışdı. Amma Rusiyadan edilən güclü təzyiqlərdən sonra Yerevan son anda təlimlərə qatılmayacağını elan etməli oldu.

“Azadlıq” radiosunun erməni xidmətinin məlumatına görə siyasi analitik Akop Bədəlyan deyir ki, yenə də Ermənistanın təlimlərdə iştirakı məsələsi yaxın günlərdə, yəni təlimlərin başlamasına az qalmış məlum olacaq. Onun sözlərinə görə, Ermənistanın təlimlərdə iştirakı məsələsinə Rusiya amilinin təsiri aydındır. “Son zamanlar ümumiyyətlə Ermənistan-Rusiya münasibətlərinə böyük informasiya hücumu müşahidə edilir. Müxtəlif təbliğati mənbələrdən daim Kremlin nəzərinə çatdırmağa çalışırlar ki, Ermənistandakı hakimiyyət antirusiya mövqeyindədir. Güclü informasiya-təbliğat hücumu qarşısında isə indiki hakimiyyət doğrudan da ağır vəziyyətdədir, bu ağır vəziyyət NATO təlimlərində iştirak məsələsinə də təsir edir”-Bədəlyan deyir.

Rusiya sərhədlərində “Abrams” tankları, “Apaçi” vertolyotları


Digər siyasi analitik Stepan Səfəryan isə deyir ki, indiki hakimiyyət Ermənistanın NATO təlimlərində iştirakını əsaslandırmaq üçün kifayət qədər legitimliyə malikdir. Onun sözlərinə görə, bu məsələ Ermənistan hakimiyyətinin NATO ilə münasibətlərdə sınaq daşı olacaq. Başqa sözlə, mövqe seçməyin vaxtı çatıb.

Lakin bu fakt da nəzərdən qaçmamış deyil ki, iki gün əvvəl-iyulun 23-də Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyana zəng vurub. Kremlin yaydığı məlumata əsasən tərəflər “Avrasiya İqtisadi Birliyi çərçivəsində əməkdaşlıq məsələlərini” müzakirə ediblər, digər məsələlər barədə isə heç nə deyilmir. Buna baxmayaraq heç bir şübhə yoxdur ki, telefon danışığında Ermənistanın NATO ilə əməkdaşlığı məsələsindən də danışılıb, Rusiyanın buna necə yanaşdığı Paşinyanın nəzərinə çatdırılıb.

Cəmi iki həftə əvvəl Paşinyan NATO sammitində iştirak etmək üçün Brüsselə gedəndə Rusiyadan ona qarşı çox güclü hücumlar başladı. Paşinyanı hətta təhqir etdilər, Rusiya mətbuatı yazdı ki, Ermənistanın baş naziri ABŞ prezidenti Donald Trampla şəkil çəkdirmək üçün onu qapının ağzında gözləyib. Trampın başqa qapıdan çıxdığını görəndə Paşinyan cəld ona tərəf qaçıb və şəkil çəkdirməyə nail olub. Hərçənd ruslar Trampın qəfildən onun qarşısında peyda olan bu saqqallı şəxsin kim olduğunu bildiyinə şübhə edirdilər.

Rusiya sərhədlərində “Abrams” tankları, “Apaçi” vertolyotları


Paşinyanın sammitdə iştirakının ardınca Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının hərbçiləri heç bir xəbərdarlıq etmədən, hansısa təlim adı altında Şirak rayonunun Panik kəndinə daxil olaraq sağa-sola atəş açdılar. Nəticədə kənddə böyük vahimə yaranıb. İnsidentin ardınca müdafiə naziri David Tonoyan bildirib ki, 102-ci hərbi bazaya dair müqavilənin şərtlərinə yenidən baxıla bilər.

Beləliklə, hazırda Rusiyanın Ermənistandakı hakimiyyətlə münasibətləri tamamilə gərgindir və ayrılmaz müttəfiqlik barədə pafoslu nitqlər daha eşidilmir. Belə vəziyyətdə Ermənistan “Layiqli tərəfdaş” təlimlərinə qatılsa şübhəsiz ki, Kremldə Paşinyanın nə dərəcədə nalayiq müttəfiq olduğuna daha çox əmin olacaqlar.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *