İŞİD burada DİRİLDİLİR: yeni müharibə meydanı və AZƏRBAYCAN… » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

İŞİD burada DİRİLDİLİR: yeni müharibə meydanı və AZƏRBAYCAN…

İŞİD burada DİRİLDİLİR: yeni müharibə meydanı və AZƏRBAYCAN…


Əfqanıstanın şimalında İŞİD döyüşçülərinin olması Mərkəzi Asiya üçün ciddi təhlükə təşkil edir.

Publika.az xəbər verir ki, bu haqda Rusiyanın Əfqanıstandakı səfiri Aleksandr Mantıskiy “RİA-Novosti” agentliyinə bildirib.

“Bu, çox ciddi problemdir, onu hesabdan silmək olmaz. Ən pisi odur ki, onlar hazırda Əfqanıstanın şimal rayonlarında, yəni, Mərkəzi Asiya respublikalarının sərhədlərə yaxın ərazilərdə cəmləşirlər”, - səfir deyib.

Onun sözlərinə görə, İŞİD-in Suriya və İraqda məğlubiyyətindən sonra vəziyyət daha da kəskinləşib:

“Hərçənd amerikalılar bunu inkar edirlər, amma əfqan hakimiyyəti bütovlükdə etiraf edir ki, ölkənin şimalına İŞİD döyüşçülərinin axını var. Onlar bilmirlər ki, nə qədər döyüşçü var, lakin döyüşçülər Suriya və İraqdan gedirlər. Döyüşçülərin çox hissəsi əcnəbilərdir”.

Səfir qeyd edib ki, döyüşçülər yalnız ölkənin şimal rayonları deyil, həmçinin şərqində nəzarəti təmin etməyə çalışırlar.

Döyüşçülərin sərhədləri necə keçdiyinə gəlincə, diplomat bildirib ki, Rusiya tərəfi bu suallara cavab almaq istəsə də, hələ cavab yoxdur:

“Fərqlənmə nişanları olmayan helikpterlər Əfqanıstanın hava məkanında uçurdular. Yerli siyasətçilər bildirirlər ki, onlar İŞİD döyüşçüləri daşıyır, həmçinin onları ərzaq və döyüş sursatları ilə təchiz edirdilər”.

O vurğulayıb ki, bu, Əfqanıstanın hava məkanına nəzarət edən qərb partnyorların qarşısına ciddi suallar qoyur.

Daha əvvəl İranın keçmiş müdafiə naziri Əhməd Vahidi bildirib ki, Qərb gücləri İŞİD terror qruplaşmasının İraq və Suriyada məğlubiyyətindən sonra döyüşçüləri Əfqanıstan və Mərkəzi Asiyada yerləşdirir.

“Qərb gücləri İŞİD-i dəstəkləyərək onun İraq və Suriyada məğlub olmamasına çalışırdılar. Amma bu ölkələrdə İŞİD-in məğlubiyyətindən sonra terror qruplaşmasının üzvlərini Əfqanıstan və Mərkəzi Asiyada yerləşdirirlər”, - o deyib.

Moskva da Tehranın mövqeyini bölüşür. Rusiya Xarici İşlər Nazirliyi ikinci Asiya şöbəsinin direktoru Zamir Kabulovun sözlərinə görə, İŞİD döyüşçülərinin Mərkəzi Asiyaya hücum ssenarisinin reallaşma təhlükəsi artıb. Rusiyalı diplomat vurğulayıb ki, İŞİD Əfqanıstana amerikalılara qarşı cihad üçün gəlməyib.

“İŞİD bu ölkəyə Mərkəzi Asiyaya sonrakı ekspansiya üçün müharibə meydanı yaratmaq üçün gəlib. Bu, çox ciddi məsələdir. Mən demirəm ki, onlar artıq Mərkəzi Asiyaya hücum edirlər, onlar buna hazırlaşırlar. Əgər biz bu anda yatıb qalacağıqsa, onda həqiqətən Amudərya və Pyanj çayları üzrə sərhəddə MDB və KTMT-dəki müttəfiqlərimizlə böyük gücdən istifadə etməli olacağıq”, - o bildirib.

Qeyd edək ki, İŞİD terror qruplaşmasının İraq və Suriyada aldığı hərbi məğlubiyyətlər cihadçıları taktikanı dəyişdirməyə məcbur edir. Qiymətləndirmələrə görə, yaxın perspektiv üçün terrorçuların bazası Əfqanıstana yerini dəyişə bilər. Hakimiyyətin radikalların öhdəsindən gələ bilmədiyi bu ölkədə terrorçuların fəaliyyəti üçün münbit şərait var.

Əfqanıstanda İŞİD-in mərkəzinin yaranması postsovet sərhədləri, xüsusilə, Rusiya üçün təhlükə təşkil edir. Yeni ərazilərdə terrorçuların kontingentinin bir hissəsini etnik özbəklər təşkil edirlər. Mərkəzi Asiyadan gəlmələr 2017-ci ildə dəfələrlə Rusiyada terror aktlarına hazırlıqda ittiham olunaraq saxlanılıb.

Yaxın Şərq və Afrika üzrə rusiyalı ekspert Qriqoriy Lukyanov bildirib ki, postsovet məkanına coğrafi baxımdan yaxın olan Əfqanıstan İŞİD-in sağ qalmağı bacaran hissəsinin əsas mərkəzinə çevrilir.

“Bu ölkədə çıxılmaz vəziyyət yaranıb. Nə hakimiyyət, nə də Taliban onların rəqibi olan İŞİD-in öhdəsindən gəlmək üçün resurslara malikdir. “Xilafət”in tərəfdarları ölkənin müxtəlif hissələrində narkotrafik və qaçaqmalçılıq axınları üzərində nəzarəti təmin ediblər. Yaxın perspektivdə Əfqanıstanda İŞİD-i həm hərbi, həm də iqtisadi nöqteyi-nəzərdən heç nə hədələmir”, - Lukyanov qeyd edib.

Əfqanıstanda möhkəmlənmiş İŞİD bölməsi üçün cihadın beynəlmiləlləşdirilməsi - etnik müxtəliflik və kənardan könüllülərin kütləvi cəlb edilməsi tipikdir. Tayfa əlamətləri ortaya çıxdığı üçün Taliban hərəkatında tez-tez parçalanmalar baş verir. Bu, İŞİD üçün xarakterik deyil. Təhlükəli tendensiya ondan ibarətdir ki, İŞİD-də mühüm yer tutan əfqan özbəkləri və taciklərin soydaşları keçmiş SSRİ ərazisində yaşayırlar. Bu kanal vasitəsilə “xilafət” tərəfdarlarının təsirinin Rusiyaya qədər uzana biləcəyi ilə bağlı təhlükə var.

İŞİD-in İraq və Suriyadan Mərkəzi Asiyaya “köçməsi” isə regiona yaxın olan Azərbaycan üçün də təhlükənin olduğunu deməyə əsas verir.

Mənbə: Publika.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *