Sergey Şoyqudan İŞİD-lə bağlı sensasion xəbərdarlıq
Suriya və İraqdan çıxarılandan sonra İŞİD terrorçuları Mərkəzi və Cənub-şərqi Asiyaya köçürülüb.
RİA Novosti bildirir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
“Suriya və İraqdan çıxarılan İŞİD terrorçuları Mərkəzi və Cənub-şərqi Asiyaya yerləşdirilir. Orada yeni terror hücrələri yaradılır”, - Şoyqu bu sözləri ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) ölkələri müdafiə nazirlərinin görüşündə deyib.
O qeyd edib ki, terrorçular tez-tez müasir silahlardan, o cümlədən pilotsuz uçuş aparatlarından istifadə edirlər.
“Terrorçuların Suriyada istifadə etdiyi PUA-lar 100 kilometr məsafədən idarə edilə bilir. İnkişaf etmiş ölkələrin texniki yardımı olmadan onların yaradılması mümkün deyil. İnsanların sıx məskunlaşmış ərazilərində bu cür silahlardan istifadə fəlakətə səbəb ola bilər”, - Şoyqu bildirib.
Mənbə:> RİA Novosti