Sergey Şoyqu: İŞİD-çilər Suriyadan Avropa və Asiyaya qayıdır
Beynəlxalq koalisiya Suriyada terrorçuları məhv etməyi hədəfləməyib.
RİA Novosti xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
“Belə güclü koalisiyanın terrorçuların öhdəsindən gələ bilmədiyinə inanmaq çətindir. Görünür, məqsəd başqa – bölgədə vəziyyəti sarsıtmaq, öz hərbi və iqtisadi mövqelərini möhkəmləndirmək idi”, - deyə Şoyqu Moskvada beynəlxalq təhlükəsizlik üzrə konfransda çıxışı zamanı bildirib.
S.Şoyqunun sözlərinə görə, vəziyyət Rusiya Hərbi Kosmik Qüvvələrinin əməliyyatlara başlaması, İran, Rusiya və Türkiyənin iştirakı ilə real antiterror alyansının yaradılması ilə dəyişib.
Müdafiə naziri qeyd edib ki, Suriya və İraqda İŞİD terror qruplaşmasının darmadağın olunmasından sonra silahlılar müxtəlif regionlara yayılır.
O qeyd edib ki, İŞİD üzvləri, xüsusilə Afrika ölkələrinə keçir. Bəzi radikallar isə Avropaya qayıdır.
S.Şoyqu deyib ki, bu amil transsərhəd cinayətkarlığın inkişafına xidmət edir.
Mənbə:> RİA Novosti