SOCAR milyarder Makarovun zavodunu alır? » AzNews.info -Xəbər portalı

SOCAR milyarder Makarovun zavodunu alır? – YENİLƏNİB

SOCAR milyarder Makarovun zavodunu alır?

Rusiyanın “Novıy potok” şirkətlər qrupu səhmlərinin yarısını SOCAR-a satmağa hazırlaşdığı barədə xəbərləri təkzib edib.

Şirkətdən “Trend”ə bildiriblər ki, səhmlərinin 50 faizini satmaq niyyətində deyillər. SOCAR isə hələlik bu məlumatları şərh etmir.

* * *10:49

Azərbaycanın dövlət neft şirkəti SOCAR Rusiyanın “Novıy potok” holdinqinin səhmlərinin 50 faizini alır. Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, holdinqin 50 faizlik səhm paketinin sahibi, milyarder İqor Makarov öz payını SOCAR-a satmağa hazırlaşır. İnternet-kanallardan birində yer alan məlumatda deyilir ki, (http://pravdaurfo.ru/news/166896-antipinskiy-npz-smenit-vladelcev) sövdələşmə şirkətlər qrupunun prezidenti Dmitri Mazurovun və bankir Vladimir Koqanın təsis edəcəyi yeni şirkət üzərindən həyata keçiriləcək. Mənbənin bildirdiyinə görə sonrakı mərhələdə şirkət ona məxsus olan bütün neft yataqlarından imtina edib əsas diqqəti neft emalına yönəltməyə hazırlaşır.

“Novıy potok” şirkətlər qrupunun aktivlərinə Tümendə yerləşən “Antipinsk neft emalı zavodu” Səhmdar Cəmiyyəti və “Bitum istehsalı” MMC daxildir.

[center]SOCAR milyarder Makarovun zavodunu alır?
[/center]

İqor Makarov 1962-ci ildə Türkmənistanda anadan olub, Aşqabad Dövlət Universitetini bitirib. Gəncliyində velosiped idmanı ilə məşğul olsa da 25 yaşından biznesə başlayıb. 1987-cu ildə geyim və suvenirlərin istehsal edən kooperativ təsis edib. Lakin tezliklə istehsaldan əl çəkib və pal-paltar alverinə başlayıb. Daha sonra Makarovun Türkmənistan hakimiyyətinin yüksək vəzifəli məmurları ilə yaxşı münasibətləri yaranıb və türkmən qazının satışı üçün “İtera” adlı şirkət yaradıb.

1995-ci ildə Makarov “Qazprom”un başçısı Rem Vyaxirovla anlaşaraq türkmən qazının keçmiş sovet respublikalarına, o cümlədən Azərbaycana “İtera” şirkəti üzərindən satışına başlayıb. Həmin vaxtlar keçmiş sovet respublikaları “Qazprom”dan aldıqları türkmən qazının pulunu ödəyə bilmirdi, Makarovun təklif etdiyi sxemə əsasən isə bu respublikalar qazın əvəzində barter üsulu ilə “İtera” şirkətinə müxtəlif mallar verirdi.

SOCAR milyarder Makarovun zavodunu alır?


“İtera” şirkətinin biznesi Makarovla Rem Vyaxirovun yaxın münasibətlərinin sayəsində tezliklə böyüyüb. Şirkət keçmiş sovet respublikalarında və Rusiyada “Qazprom”dan sonra qaz hasilatı və satışı ilə məşğul olan ikinci ən iri şirkətə çevrilib.

SOCAR milyarder Makarovun zavodunu alır?


Makarovun türkmənbaşı Saparmurat Niyazovla yaxın dostluq münasibətləri olub. 2013-cü ildə isə “Rosneft” şirkəti Makarovun şirkətini alıb. Həmin sövdələşməyə əsasən “Rosneft” şirkəti “İtera”nın səhmlərinin 49 faizlik hissəsini almaq üçün 2.9 milyard dollar ( o cümlədən 1.8 milyard dollar Makarovun özünə) ödəyib. Qaz aktivlərini “Rosneft”ə satdıqdan sonra Makarov öz şirkətinə yeni ad verib-“itera” sözünü tərsinə çevirərək şirkətə “Areti” adını qoyub. 2017-ci ildə “Areti” şirkəti “Novıy potok” şirkətlər qrupunun 50 faizlik səhm paketini alıb.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *