Azərbaycanda da şarlatan təriqət lideri Adnan Oktardan zərər çəkənlər var » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial

Azərbaycanda da şarlatan təriqət lideri Adnan Oktardan zərər çəkənlər var

Azərbaycanda da şarlatan təriqət lideri Adnan Oktardan zərər çəkənlər var

Türkiyədə bir neçə gün əvvəl müridləri ilə birlikdə həbs edilən şarlatan təriqət lideri Adnan Oktarın əməllərindən Azərbaycanda da zərərçəkənlər var. Virtualaz.org xəbər verir ki, zərərçəkənlər Türkiyənin Bakıdakı konsulluğuna Adnan Oktar barədə şikayət ərizələrini təqdim ediblər. Bu haqda Türkiyə KİV-ləri bildirir.

Xəbərlərə görə Adnan Oktar və təriqəti barədə Türkiyə polisində 2 min səhifəyə yaxın cinayət dosyesi hazırlanıb. Bu təriqətin 6 ölkədə, o cümlədən Azərbaycanda təşkilatlandığı bildirilir. Adnan Oktar barədə şikayətlərə daha 45-i əlavə olunub. Bunlar Almaniya, Avstriya, Hollandiya, Azərbaycan, Qətər və Qazaxıstandan daxil olub. Həmin ölkələrdəki Türkiyə konsulluqlarına müraciət edən zərərçəkənlər Oktar və qrupu barədə şikayət təqdim ediblər.

Azərbaycanda da şarlatan təriqət lideri Adnan Oktardan zərər çəkənlər var


Türkiyə KİV-ləri artıq Azərbaycanda Adnan Oktarın təriqəti barədə araşdırma başladığını bildirir. Son məlumata görə Türkiyədə Adnan Oktarın işi üzrə həbs edilənlərin sayı 255-i keçib. Təriqətin azyaşlı qız uşaqlarına qarşı seksual zorakılıqlar etməsi epizodu üzrə zərərçəkənlərin sayı 17-yə çatıb.

Adnan Oktarın evində aparılan axtarışda böyük sayda videodisklər və kompüter diskləri götürülüb. Həmin disklərdə şantaj məqsədi ilə istifadə olunan intim görüntülərin olduğu təxmin edilir. Disklərin hamısı xüsusi metodla şifrələnib, polis hazırda şifrələri sındırmağa çalışır.

Azərbaycanda da şarlatan təriqət lideri Adnan Oktardan zərər çəkənlər var


Adnan Oktar uzun müddət Türkiyədə “kediciklər” adlandırılan yarıçılpaq qadınlardan ibarət müridlərinin əhatəsində özünü “İsa Məsih” kimi təqdim edib. İslamı “fərqli metodla” təbliğ etdiyini bildirib və uzun müddət toxunulmaz hesab edilib. Lakin son prezident seçkilərindən sonra Adnan Oktara və təriqətinə qarşı qəfil əməliyyat başladılıb.

Keçmiş daxili işlər naziri Seadettin Tantan Türkiyə mediasına müsahibəsində deyib ki, o 1999-cu ildə Adnan Oktara və təriqətinə qarşı əməliyyat keçirəndə Fəzilət partiyasından olan nazirlərin və millət vəkillərinin təzyiqlərinə məruz qalıb. Tutulanların hamısı daha sonra azadlığa buraxılıb, Seaddettin Tantanın barəsində məhkəmə iddiaları qaldırlıb. Keçmiş nazir bu təriqətin hakimiyyət strukturlarında adamlarının olduğunu bildirir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *