Avropa Birliyi Azərbaycanda dezinformasiyanı məğlub edə biləcəkmi? » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Avropa Birliyi Azərbaycanda dezinformasiyanı məğlub edə biləcəkmi?

Avropa Birliyi Azərbaycanda dezinformasiyanı məğlub edə biləcəkmi?

Avropa Birliyinin (AB) 28 ölkəsinin rəhbərliyi AB diplomatiyasının başçısı Federika Moqeriniyə dezinformasiya ilə mübarizə üzrə iş planı hazırlamağı tapşırıb.

Nəzərdə tutulur ki, yeni plana, xüsusən "Avropa Birliyinin xarici siyasət xidmətinin strateji rabitə komandası üçün uyğun olan mandatlar və effektiv resurslar" daxil edilməlidir.

Virtualaz.org xatırladır ki, Avropa Birliyi hələ üç il əvvəl mütəxəssislər qrupunu, kimin ki, vəzifəsinə "Avropa Birliyinin siyasəti haqqında informasiyanın təhrifinə qarşı çıxmaq” daxil idi, yığmışdı. Özü də guya bu, rusdilli media məkanında baş verirdi. Bu strukturun məqsədli auditoriyası başqalarından əvvəl "Şərq Tərəfdaşlığı” ölkələri - Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna oldu. İndi isə Avropa Birliyi həm özünün, həm də ümumiyyətlə Qərbin siyasəti ilə bağlı təhrif olunmuş məlumatların informasiya məkanına daxil olması əleyhinə səylərini gücləndirməyə hazırlaşır.

Rəqəmsal iqtisadiyyat və cəmiyyət məsələləri üzrə Avrokomissar Mariya Qabrielin sözlərinə görə, Avropa Birliyi sənədlərində ilk dəfə olaraq dezinformasiyanı "iqtisadi fayda əldə etmək, ictimaiyyəti qəsdən aldatmaq və ictimai zərər vurmaq” üçün yaradılan, təqdim edilən və yayılan yanlış məlumatlar kimi təyin edir.

“Avropa Birliyinə zərər” deyəndə demokratik siyasi proseslərə və qərarların qəbul olunmasına, eləcə də səhiyyəyə və ətraf mühitin qorunmasına təhdid nəzərdə tutulur.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov virtualaz.org-a bildirib ki, Avropa Birliyinin yeni planından xəbərdardır, amma təşkilatın nümayəndələri konkret bu məsələ ilə bağlı ona müraciət etməyiblər.

"Azərbaycan onsuz da "Şərq Tərəfdaşlığı"nın media məsələləri üzrə layihəsində iştirak edir. Bizdə hər il başqa ölkələrdən olan həmkarlarımızla birgə toplantılar keçirilir. Yalan məlumat verilməsi ilə mübarizə üçün Avropa Birliyi tərəfindən KİV-in maliyyələşdirilməsinə gəlincə, bizim bütün nəşrlərimizin fəaliyyəti Azərbaycanın qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Ancaq əgər Avropa Birliyi medianın işinin yaxşılaşdırılması üzrə hansısa ideyalar - məsələn, jurnalistlər üçün təlimlər, Azərbaycan KİV-inin əməkdaşları üçün Avropa jurnalistlərinin iştirakı ilə mühazirələr -təklif edərsə, onda biz belə perspektivləri müzakirə etməyə hazırıq", - Ə.Amaşov bildirib.

Qeyd edək ki, Avropa Birliyinin rəhbərliyi yanlış məlumatlara qarşı mübarizə üçün hər il 1,1 milyon avro ayırmağa qərar verib. Vəsait East Stratcom Task Force-un strateji məsələləri üzrə operativ işçi qrupuna yönləndiriləcək. Yeri gəlmişkən, təhlükəsizlik üzrə Avrokomissar Culian Kinq Avropa Parlamentinin hələ yanvarda keçirilən iclasında çıxış edərkən bildirmişdi ki, East Strat Com 2015-ci ildən, yəni yaranandan açıq girişdə olan və faktlarla ziddiyyət təşkil edən 3,5 mindən çox dezinformasiya nümunəsi aşkar etməyə nail olub.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *