Avropa gözünü Mərkəzi Asiyaya dikdi
Mərkəzi Asiya regionu Avropa Birliyi (AB) üçün önəmlidir.
Axar.az xəbər verir ki, bunu Astanada AB-Mərkəzi Asiya nazirlər toplantısına qatılan AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini deyib.
“Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq AB üçün önəmlidir. Bu region üçün ötən il yeni strategiya müəyyənləşdirmişik. Mərkəzi Asiya ölkələri ilə aparılan əməkdaşlıq hər kəs üçün faydalı olacaq”, - Mogerini bildirib.
Qeyd edək ki, iclasa Qazaxıstan, Özbəkistan və Qırğızıstan nazir, Tacikistan və Türkmənistan isə nazir müavini səviyyəsində qatılıb.
Mənbə:> Axar.az