Avroparlamentarilər: Demokratiyasız Azərbaycan Avropa Birliyinə partnyor deyil » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Avroparlamentarilər: Demokratiyasız Azərbaycan Avropa Birliyinə partnyor deyil

Avroparlamentarilər: Demokratiyasız Azərbaycan Avropa Birliyinə partnyor deyil

Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında tərəfdaşlıq haqqında yeni hərtərəfli sazişin 2019-cu ildə imzalanmaya hazır olacağı gözlənilir.

Bunu EURACTIV-ə müsahibəsində Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev deyib.

C.Feyziyev bildirib ki, Aİ və Azərbaycan arasında yeni ikitərəfli saziş ticarət və investisiyalar, insan haqları, təhsil, ətraf mühitin mühafizəsi sahələrində, o cümlədən energetika və nəqliyyat sektorlarında əməkdaşlıq daxil olmaqla, münasibətlərin siyasi, iqtisadi, sosial və mədəni aspektlərini əhatə etməlidir: "Vaxt məhdudiyyəti yoxdur, lakin müzakirəçilər prosesin sürətləndirilməsi üçün həqiqətən də bütün səyləri göstərirlər. Biz tərəflərin bu ilin sonunadək danışıqları başa çatdıracağını və yeni sazişin 2019-cu ilin birinci yarısında imzalanmaya hazır olacağını gözləyirik".

Ancaq Avropa Parlamentinin deputatları hesab edirlər ki, Azərbaycanla hərtərəfli razılaşmanın imzalanması məsələsində tələsmək olmaz, çünki, onların fikrinə görə, bu razılaşmada "insan hüquqlarına və Avropa Birliyinin dəyərlərinə hörmət" şərtləri nəzərə alınmalıdır.

“Eureporter” nəşrinin bildirdiyi kimi, 56 səs lehinə, 2 səs əleyhinə olmaqla və 7 səs bitərəf qalmaqla Avropa Parlamentinin deputatları Avropa Birliyi Şurasına və Avropa Birliyinin Xarici əlaqələr və təhlükəsizlik siyasəti Xidmətinə Azərbaycanla Aİ arasında Hərtərəfli razılaşma sazişi üzrə tövsiyələr qəbul ediblər.

Məsələn, tövsiyələrdə deyilir ki, Avropa Birliyi və Azərbaycan arasında münasibətlərin dərinləşməsinin şərti "demokratiyaya hörmət bəslənilməsinə, qanunun aliliyinə, insanın hüquq və əsas azadlıqlarının təmin olumasına riayət edilməsi olmalıdır".

Avoparlamentarilər Avropa İttifaqı Şurasını Azərbaycan hakimiyyətinə "Avropa Birliyinin fundamental dəyərlərinə riayət etməyən heç bir ölkə ilə razılaşmanın ratifikasiya olunmayacağını” xatırlatmağa çağırırlar.

Avroparlamentarilərin tövsiyələrində korrupsiya və başqa iqtisadi cinayətlərlə mübarizədə, həmçinin pul yuyulması faktları üzrə Azərbaycanı dəstəkləməyə çağırış da yer alır.

Parlament üzvlərinin fikrincə, Avropa Birliyi ilə razılaşma üzrə danışıqların tamamlanmasına qədər Azərbaycan siyasi məhbus kimi tanınmış bütün dustaqları azad etməlidir. Tövsiyələrdə Azərbaycanda söz azadlığının müdafiəsinə və müstəqil KİV-in dəstəklənməsinə ayrıca yer ayırılıb.

Bundan başqa, Avroparlamentarilərin fikrincə, Azərbaycanla və Ermənistanla Avropa Birliyinin hər bir razılaşmasında Qarabağ münaqişəsi ilə bağlı sülh nizamlanması və eskalasiyaya yol verilməyəcəyi haqda öhdəliklər də şərt kimi qoyulmalıdır.

Daha əvvəl bildirildiyi kimi, 14 noyabr 2017-ci ildə Avropa İttifaqı Şurası Avropa Komissiyasına və Xarici əlaqələr və təhlükəsizlik siyasəti Xidmətinin nümayəndəsinə Azərbaycanla yeni saziş üzrə müzakirələr aparmaq üçün mandat verilməsini təsdiq edib. Yeni razılaşma əməkdaşlıq və tərəfdaşlıq haqqında 1996-cı il razılaşmasını əvəz etməlidir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *