Avropa İttifaqı Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Avropa İttifaqı Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir

Avropa İttifaqı Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir

Azərbaycan Avropa İttifaqının müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyi mühüm tərəfdaşdır.

Bu barədə bu gün Avropa Xarici Fəaliyyət Xidməti və Avropa Komissiyası tərəfindən nəşr olunan Azərbaycanla bağlı birgə hesabatda deyilir.

Hesabat 2015-ci ilin yanvar ayından bu günəı qədər olan 3 illik dövrü əhatə edir və yenidən baxılmış Avropa Qonşuluq Siyasətinə (ENP) uyğun olaraq Azərbaycanla bağlı ilk belə qiymətləndirmədir.

Orada qeyd olunur ki, Avropa İttifaqı və Azərbaycan, o cümlədən Aİ ilə Azərbaycan arasında tərəfdaşlığın modernləşdirilməsi və gücləndirilməsi ilə bağlı yeni hərtərəfli saziş üzrə danışıqlara başlamaqla qarşılıqlı münasibətləri və dialoqu bərpa ediblər. "Azərbaycan həmçinin iqtisadiyyatın diversifikasiyası üzrə mühüm proses başlayıb", - hesabatda deyilir.

"Aİ Azərbaycanın ən böyük iqtisadi tərəfdaşıdır və ümumi ticarətin 48,6%-ni təşkil edir, birbaşa xarici sərmayələrin ən böyük payını təmin edir", - sənəddə vurğulanır.

Eyni zamanda, Azərbaycanın multikulturalizm və dini tolerantlığın təşviqinə sadiq olduğu qeyd edilib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *