Tusk: Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləyirik » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

Tusk: Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləyirik

Tusk: Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləyirik


“Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır”.

AzNews.info APA-ya istinadən xəbər verir ki, bu sözləri Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

D. Tusk bildirib ki, Brüsseldə Azərbaycan prezidenti ilə məhsuldar görüş olub: “Biz Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləyirik. Azərbaycan Avropanın enerji təhlükəsizliyi və tədarükün diversifikasiyasında vacib ölkədir. Biz Cənub Qaz Dəhlizi layihəsinin başa çatdırılması ilə bağlı eyni maraqları bölüşürük. Bu, hər iki tərəf üçün əsas prioritetdir. Avropa İttifaqı hələ də Azərbaycanın əsas ticarət tərəfdaşı və aparıcı investorlarından biridir. Biz kommersiya əlaqələrini inkişaf etdirmək niyyətindəyik”.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *