Onlarla kəndin adı dəyişdirildi: Lüksemburq Köbər oldu » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Rəsmi, Sosial

Onlarla kəndin adı dəyişdirildi: Lüksemburq Köbər oldu – SİYAHI

Onlarla kəndin adı dəyişdirildi: Lüksemburq Köbər oldu


Azərbaycan Prezidenti İlham Əliyev cümə günü bir sıra qəsəbə və kəndlərinin adlarının dəyişdirilməsi haqqında Qanunu imzalayıb.

Oxu.Az xəbər verir ki, Qanuna əsasən adları dəyişdirilən yaşayış məntəqələri Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarında yerləşir.

Dəyişikliklər aşağıdakı kimidir:

Ağsu:

Gürcüvan kəndi - Xanbulaq

Astara:

Qamışovka kəndi - Qamışoba

Goranboy:

Ağamalıoğlu kənd - Düzqışlaq
Əzizbəyov kəndi - Kəhrizli

Göygöl:

Xanlar qəsəbəsi - Ağdağ
Mixaylovka kəndi - Bənövşəli

Xaçmaz:

Alekseyevka kəndi - Çaykənarı
Müqtədir qəsəbəsi - İstisu
Krasnı Xutor kəndi - Şıxlı

Xızı:

Çistı Klyuç kəndi - Safbulaq
Şuraabad qəsəbəsi - Şorabad

Qazax:

Kommuna kəndi - Bala Çaylı

Quba:

Novonikolayevka kəndi - Çaydüzü

Qusar:

Şirvanovka kəndi - Şirvanlı

Masallı:

Kalinovka kəndi - Viləş

Oğuz:

Astraxanovka kəndi - Çaldaş
Vladimirovka kəndi - Çayqovuşan

Saatlı:

Xanlarkənd kəndi - Nabatkənd
Qarayevkənd kəndi - Orta Muğan

Samux:

Lüksemburq kəndi - Köbər
Qırmızı Samux qəsəbəsi - Qaraağaclı
Əli Bayramlı kəndi - Sarıqaya

Şəmkir:

Qasım İsmayılov kəndi - Ağlavaşlı
Muxtariyyat kəndi - Qədimqala

Yevlax:

Bünyadabad kəndi - Yeni Çobankərə

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Much thanks to you for setting aside an ideal opportunity to distribute this data extremely helpful! crown moulding

Interesting post! This is really helpful for me. I like it! Thanks for sharing. -hotmail login

It is basic that we read blog entry deliberately. I am as of now done it and find this post is truly stunning. BUSINESS INTERNET

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *