Nazir müavini: Rio de Janeyronun olimpiya kəndi Bakıdakından yaxşıdır
Belarus Respublikasının İdman və Mədəniyyət nazirinin birinci müavini Aleksandr Qaqiyev dünya çempionatına hazırlaşan belaruslu güləşçilər ilə görüşdə Yay Olimpiya oyunlarına hazırlaşan Rio de Janeyronun olimpiya kəndini Bakıdakı atletlər kəndi ilə müqayisə edib.
“Tikililər 80-90 faiz hazır olsa da, çox möhtəşəm görsənir, - Oxu.Az bu günlərdə Braziliyada olan Qaqiyevin sözlərindən sitat gətirir. - Burada hal-hazırda qış olduğu üçün işlər 24 saat gedir. Olimpiya kəndi çox rahatdır, əmin edə bilərəm ki, Rio olimpiya kəndi Bakıdakından yaxşıdır.
Hər bir qrupun ayrı hovuzu var, məşq zalları olimpiya kəndinə yaxındır, yarışların keçiriləcəyi olimpiya parkına isə 3 kilometr yol var
Hazırlıq üçün şərait çox gözəldir”.
Mənbə:> Oxu.Az