İranda 50-dən çox azərbaycanlı fəal saxlanılıb » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Dünya

İranda 50-dən çox azərbaycanlı fəal saxlanılıb

İranda 50-dən çox azərbaycanlı fəal saxlanılıb


İran İslam Respublikasında saxlanılan azərbaycanlı fəalların sayı 50-ni ötüb.

Bu barədə Oxu.Az “Araznews” saytına istinadla xəbər verir.

Təhlükəsizlik qüvvələri Şərqi Azərbaycan ostanının Kəlibər şəhəri yaxınlığındakı “Babək qalası” ətrafına toplaşan onlarla insanı həbs edib.

Saxlanılanlar sırasında Həmid Şəfiq, Mehdi Qolabi, Firuz Müəyyəni, Məhəmməd Haqpur, Davud Əzimzadə, Behrad Xudayari kimi tanınmış simalar da var.
Həmçinin Ərdəbil şəhərində alim Abbas İrşadifər saxlanılıb.

Qeyd edək ki, artıq uzun illərdir etnik azərbaycanlılar türk eyniliyinin rəmzi sayılan “Babək qalası” ətrafından iyulda bir araya gəlirlər.

Son illər bu görüşləri İran təhlükəsizlik qüvvələrinin təzyiqi səbəbi ilə keçirmək mümkün olmur.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *