İranda azərbaycanlıların yaşadığı vilayətlərdə onlarla edam cəzası » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

İranda azərbaycanlıların yaşadığı vilayətlərdə onlarla edam cəzası – VİDEO

İranda azərbaycanlıların yaşadığı vilayətlərdə onlarla edam cəzası

Onlar dar ağacından asılıb.

İnsan haqları qrupları, media və İranın rəsmi dövlət qurumlarının yaydığı məlumata istinadən, son həftələrdə İranda edam hökmlərinin çoxu İran Azərbaycanı və əhalisinin əksəriyyətinin türk olduğu digər bölgələr, o cümlədən Qəzvin vilayətində icra olunub.

Oxu.Az Amerikanın Səs-inə istinadən xəbər verir ki, ən az 13-ü son dörd gün ərzində olmaqla həmin bölgələrdə keçən bir ay ərzində əksəriyyəti narkotik qaçaqmalçılığı ittihamı ilə mühakimə edilmiş 30-dan artıq məhkum dar ağacından asılıb.

Edamlar Şərqi Azərbaycanın Təbriz və Şəbistər şəhərləri, Qərbi Azərbaycanın Urmiyə və Xoy şəhərləri eləcə də, Ərdəbil, Həmədan və Qəzvin vilayətində həyata keçirilib.

Yanvarın 7-də, Şərqi Azərbaycan vilayətinin Şəbistər şəhərində qətl ittihamı ilə məhkum edilmiş 25 yaşlı bir gənc şəhərin böyük tərəvəz bazarının meydanında əhalinin gözü qarşısında edam edilib.

İnsan haqları təşkilatlarına istinadən, eyni gündə Xoy şəhərinin Evoğlu bölgəsində yerləşən bir kənddə qətldə ittiham olunan başqa bir məhbus kənd əhalisi önündə edam edilib.

Eyni gündə Ərdəbil Ədliyyəsinin veb səhifəsinə istinadən, daha əvvəl İranın İnqilab Məhkəmələri tərəfindən narkotik qaçaqçılığı ittihamı ilə məhkum edilimiş üç məhbus Ərdəbil mərkəzi zindanının həyətində asılıblar. Ədliyyə asılanların kimliyi ilə bağlı məlumat verməyib.

İranda həyata keçirilən edamlar haqqında fəaliyyət göstərən İran İnsan Haqları Təşkilatının (İran HR) bildirdiyinə görə, yanvarın 6-da qaçaqçılıq ittihamı ilə mühakimə edilmiş bir qadın və üç kişi Təbriz Mərkəzi Zindanında asılıblar.

İran HR Təbrizdə asılanların adını da nəşr edib: Tofiq Məhəmmədfər, Hüseyn Zadigan-İskəndər, Əmirəli Zadigan-İskəndər və Zəhra Neməti (Əmirəlinin həyat yoldaşı).

Təbrizdə Mehdi Nüsrətiyan adlı qətl ittihamı ilə mühakimə edilmiş başqa bir məhkum isə yanvarın 5-də edam edilib.

İranda insan haqları durumu ilə bağlı məlumat yayan HRA agentliyi yanvarın 6-da Həmədan Mərkəzi Zindanında Məhəmməd Camal Fəşi adında bir məhkumun edam edildiyini bildirib. HRA-nın məlumatına görə, həmin gün Həmədanda asılan başqa məhbuslar da olub.

Həmin məlumata əsasən, narkotik qaçaqçılığı ilə əlaqəli məhkum edilmiş Fərhəng Harviyan, Hacı Divari-Bədri və Həmid Qəmbərinin edam hökmü yanvarın 5-də Urmiyə Mərkəzi Zindanında icra edilib.

Təbriz Mərkəzi Zindanında 2015-ci ilin son günü dekabrın 31-də də 6 nəfərin edam hökmü icra edilib.



Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *