Avropa Məhkəməsi Eynulla Fətullayevin narkotik işini araşdırır » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial

Avropa Məhkəməsi Eynulla Fətullayevin narkotik işini araşdırır

Avropa Məhkəməsi Eynulla Fətullayevin narkotik işini araşdırır

Avropa İnsan Haqları Məhkəməsi haqqin.az və virtualaz.org saytlarının təsisçisi, jurnalist Eynulla Fətullayevin işi üzrə prosedurlara başlayıb. Virtualaz.org xəbər verir ki, məhkəmə E.Fətullayevin həbsxanada narkotik maddə saxlamaqda ittiham edilərək mühakimə edilməsi işi üzrə şikayətinə baxır və Azərbaycan hökumətinə müvafiq sorğu göndərib.

“Narkotik işi” Eynulla Fətullayevə qarşı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin o vaxtkı rəhbərliyinin-şəxsən nazir Eldar Mahmudovun və idarə rəisi Akif Çovdarovun göstərişi ilə quraşdırılmışdı. Bu barədə o dövrün mətbuatında geniş yazılıb.

Belə ki, “narkotik işi”indən əvvəl milli ədavəti qızışdırma, terrora çağırış və digər ağır ittihamlarla həbsə atılmış jurnalistin işinə Avropa İnsan Haqları Məhkəməsi baxırdı və onun barəsində çıxarılan hökmün ədalətsiz olduğu qənaətinə gələrək E.Fətullayevin azadlığa buraxılmalı olduğu haqda qərar çıxarmağa hazırlaşırdı.

Avropa Məhkəməsi Eynulla Fətullayevin narkotik işini araşdırır


Lakin MTN rəhbərliyi E.Fətullayevə qarşı əvvəlki ittihamın tam ifşa olunduğunu bildiyi üçün ona qarşı həbsxanada yeni əməliyyat hazırlayıb. 2009-cu ilin dekabrında 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan E.Fətullayev həbsxana rəisinin otağına gətirilib və orada onun üzərində axtarış apararaq herion “aşkar ediblər”. Və jurnalistə qarşı yeni ittiham-narkotik maddələrin qanunsuz saxlanılması ittihamı irəli sürülüb. Bu iş üzrə E.Fətullayev 2010-cu ilin iyulunda təqsirli bilinib və daha 2 il 6 ay həbs cəzası alıb.

Avropa Məhkəməsi Eynulla Fətullayevin narkotik işini araşdırır


İstintaq dövründə jurnalistin vəkillərinin bu işin qurama olduğuna dair təqdim etdiyi dəlillər nəzərə alınmayıb, müstəqil tibbi ekspertiza keçirilməyib və digər çoxsaylı pozuntulara yol verilib. Məhkəmə də bu qurama cinayət işi üzrə jurnalistin vəkillərinin dəlillərini nəzərə almayıb. Barəsində çıxarılan hökmdən verilən apelyasiya şikayəti də nəzərə alınmayıb və beləliklə, E.Fətullayevin vəkilləri o vaxt MTN rəhərliyinin göstərişi ilə çıxarılan bu hökmdən Avropa İnsan Haqları Məhkəməsinə şikayət veriblər.

Avropa Məhkəməsi Eynulla Fətullayevin narkotik işini araşdırır


İndi Avropa Məhkəməsi Azərbaycan hökumətinə göndərdiyi sorğuda bildirir ki, şikayətçi ona münasibətdə Avropa İnsan Haqları Konvensiyasının 6-cı maddəsinin pozulduğunu bildirir. Belə ki, onun işində çoxsaylı prosedur pozuntularına yol verilib, müdafiə tərəfinin sübutları-dəlilləri nəzərə alınmayıb və ədalətli məhkəmə araşdırması prinsipləri pozulub. Konvensiyanın 10 və 18-ci maddələrinə istinad edən şikayətçi habelə həmin cinayət işinin onun jurnalist fəaliyyəti ilə bağlı olduğunu da bildirib.

Məhkəmə bu işlə bağlı tərəflərə suallar ünvanlayıb. Bu sorğulara cavab alınandan sonra iş üzrə qərar mərhələsinə keçiləcək.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *