“Lotu Quli”nin iqamətgahından reportaj
Xəbər verdiyimiz kimi, araşdırmaçı jurnalist, haqqin.az və virtualaz.org saytlarının təsisçisi Eynulla Fətullayev İstanbulda məşhur kriminal avtoritet “Lotu Quli” ilə görüşüb.
Xatırladaq ki, bu görüş barədə Eynulla Fətullayev dünən özünün Facebook səhifəsində məlumat və foto paylaşmışdı. O bildirmişdi ki, görüş “Lotu Quli”nin İstanbul ətrafındakı iqamətgahında baş tutub.
“Nəhayət Lotu Quli ilə görüşdük, dərdləşdik, keçmişi yada saldıq, gələcək haqda danışdıq”-E.Fətullayev Facebook-da yazmışdı.
Onu da xatırladaq ki, görüş barədə E.Fətullayev saytımıza bildirmişdi ki, “Lotu Quli” ilə şəxsi dostluq münasibətlərinin yaranması 2000-ci illərin ortalarına gedib çıxır. Həmin vaxtlar E.Fətullayev rəhbərlik etdiyi nəşrlərdə jurnalist kimi “Lotu Quli”nin məhkəmə prosesi, ona qarşı irəli sürülmüş ittihamlarla bağlı araşdırmalar dərc edib.
“Həbsdən çıxandan sonra Bakıda “Lotu Quli” ilə görüşmək imkanımız olmadı, bildiyiniz kimi o, həbsdən çıxan kimi Gürcüstana, oradan Türkiyəyə getdi. Nəticədə görüşümüz İstanbulda baş tutdu”-E.Fətullayev vurğulamışdı.
E.Fətullayev onu da qeyd etmişdi ki, hazırda azadlığa çıxması münasibətilə köhnə dostları və tanışları “Lotu Quli”ni ziyarət edir...
Bir az əvvəl isə haqqin.az portalında E.Fətullayevin “Lotu Quli”nin İstanbuldakı iqamətgahından reportajı dərc olunub. O, İstanbulda necə qarşılandığından, Nadir Səlifovla 2006-cı ildə türmədəki və indi-azadlıqdakı görüşündən, bu görüşlərdə nədən danışdıqlarından, onun necə kriminal aləmin liderinə çevrildiyindən, onu niyə “Quli” adlandırdıqlarından, post-sovet məkanında qazandığı nüfuzdan, İstanbulda hansı şəraitdə və kimlər tərəfindən mühafizə olunduğundan, eləcə də “Lotu Quli”nin görüşünə gələn məşhur avtoritetlərdən yazıb...
Yəqin soruşacaqsınız: bəs sonra? E.Fətullayev həmin sualı Nadir Səlifovun özünə də verib.Onun cavabı və digər maraqlı məqamlar haqqin.az-dakı reportajın özündə-bu lingdə. Qaçırmayın...
Mənbə:> virtualaz.org