Bakıda “Lotu Quli”nin adamları saxlanıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Bakıda “Lotu Quli”nin adamları saxlanıldı

Bakıda “Lotu Quli”nin adamları saxlanıldı


Bakıda kriminal aləmin nüfuzlu şəxsləri hesab edilən üç nəfər saxlanılıb.

AzNews.info “Report”-a istinadən xəbər verir ki, Sabunçu rayonunda kafelərdən birində baş tutan əməliyyatı Bakı şəhər Baş Polis İdarəsi və Sabunçu rayon Polis İdarəsinin əməkdaşları keçiriblər.

Tutulan şəxslərin üzərindən və avtomobillərindən ümumilikdə üç ədəd silah - “Kalaşnikov” avtomatı, “Makarov” və “Naqan” tapançaları, habelə narkotik maddə olan heroin götürülüb.

İlkin məlumata əsasən, tutulan şəxslər “Lotu Quli” kimi tanınan, hazırda həbsdə olan Nadir Səlifova yaxınlığı ilə tanınan şəxslər olub.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *