Eynulla Fətullayevdən saytlarının bağlanması xəbərinə münasibət – FOTO
Jurnalist Eynulla Fətullayev rəhbəri olduğu Haqqın.az və Virtualaz.org saytlarının fəaliyyətlərini dayandırdığı ilə bağlı məlumatlara münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, o öz imzası ilə elə haqqın.az saytında kiçik bir yazı yerləşdirib:
“Hörmətli oxucular! Bu şəkil mən həbsdən çıxandan sonra dərc edilib. Siz necə inana bilərsiz ki, mən haqqın.az-ı güzəştə gedəcəyəm?
Biz əvvəlki mövqeyimizdə qalırıq, bağlanmırıq. Və sizinlə birlikdəyik. Zamanla keçəcək olan bəzi çətinliklər var. Amma biz onların öhdəsindən gələcəyik!”
Qeyd edək ki, ötən gün yayılan məlumatlarda Eynulla Fətullayevin kollektivi toplayaraq maliyyə durumu ilə bağlı saytların işini dayandırmağı haqqında qərar verdiyi bildirilirdi. Həmin saytın jurnalistləri artıq işsiz kimi yeni iş yerləri axtarışı üçün elan da veriblər.
Mənbə:> Qafqazinfo.az