Böcək olmaq pis şeydir – VİDEO
Ümumiyyətlə, Azərbaycan təzadlar ölkəsidir. Məsələn, bu ölkədə bir tərəfdən jurnalistlər yanan evə onun sahiblərindən artıq yana bilər, hətta buna görə Baş nazirin müavinini şəxsən divara da dirəyərlər… Amma, eyni zamanda iş onların qabığına və ya qələminə toxunanda aləmi bir-birinə qatarlar.
Məsələn, bu yaxınlarda “Haqqın.az” saytında maraqlı bir məlumat yerəlşdirilmişdi. Ola bilər ki, doğrudan da bir qrup jurnalist onlar üçün Prezidentin sərəncamı ilə tikilən binanı evi yananlara bağışlamaq təşəbbüsü ilə çıxış etmişdi, ya da ola bilsin heç belə bir söhbət filan yox idi, sadəcə “Haqqın. az” çoxbilmiş bir eksperiment aparmışdı. Necə deyərlər “Proverka na fışivost…” Amma bütün hallarda nəticə maraqlı oldu.
Mətbuat bu ideyanı dəstəkləmək, əlinə düşmüş bu fürsəti ya doğrudan bir qrup bədbəxtə yaxşılıq eləmək, ya da sadəcə öz reklamına yönəltmək əvəzinə bu xəbərin yalan olduğunu hər vəclə israrla sübut etməyə başladı.
Sosial şəbəkələrdə bir vur catlasın başladı ki, daha nələr yazmadılar… Təki onların olana heç kim toxunmasın. Hə, bacılar və qardaşlar, test göstərdi ki, o binanın yanmasında əli olanlarla bizim böyük bir qrupumuz arasında elə bir fərq yoxdur… Ortada bizi birləşdirən vahid bir yalan var… Bəzən günəş kimi görünmək istəyirik, amma görürük ki, yox e… elə işıldaböcəyik ki, varıq. Böcək olmaq pis şeydir.
Mənbə:> Haqqin.az