AZAL: “Bileti ona görə bahalaşdırmışıq ki...” » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

AZAL: “Bileti ona görə bahalaşdırmışıq ki...”

AZAL: “Bileti ona görə bahalaşdırmışıq ki...”

Aviabiletlərin qiymətləri həm də ona görə artırılıb ki, AZAL Bakıda keçirilən Avropa Oyunları zamanı minlərlə idmançını və onların məşqçilərini pulsuz daşıyıb.

Bunu virtualaz.org saytına AZAL Dövlət Konserninin rəhbərliyində təmsil olunan şəxslərdən biri deyib. O, haqqin.az saytının aviabiletlərin bahalığını tənqid edən məqalələrinə belə münasibət bildirib.

“Haqqin.az saytında iki gün ərzində üç tənqidi məqalə yazıldı. Siz aviabiletlərin qiymətinin yüksək olmasını tənqid edərkən bir məqamı da nəzərə almalısınız ki, bizim aviaşirkət Avropa Oyunları zamanı minlərlə idmançını və onların məşqçilərini pulsuz daşıyıb” - deyə həmsöhbətimiz bildirdi.

Qeyd edək ki, haqqin.az saytında son günlər ərzində AZAL-ın biletlərinin çox baha olmasını tənqid edən silsilə məqalələr dərc olunub, bu da geniş ictimai rezonans doğurub.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *