Xəbər saytlarımızın saxta sayğacları » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Media

Xəbər saytlarımızın saxta sayğacları - ARAŞDIRMA

Xəbər saytlarımızın saxta sayğacları
Xəbər saytlarımızın saxta sayğacları

Azərbaycanda xəbər saytlarının sayı durmadan artır. Az qala hər gün yeni sayt açılır. Nəzəriyyə təlqin edir ki, bunu alqışlamaq lazımdır. Çünki həm oxucunun xəbər əldə edəcəyi mənbələrin sayı artmalı, həm də rəqabət yaranmalıdır.

Amma reallıqda belədirmi? Təəssüf ki, yox. Çünki ortalıqda rəqabətdən daha çox, süni tozanaq və saxtakarlıq var. Belə ki, saytların böyük qisminin sayğac göstəricilərinə baxdıqda əcaib mənzərə ilə qarşılaşırıq. Belə çıxır ki, bu saytlara gündəlik 20-30 min oxucu daxil olurmuş. Bəzilərinə isə daha çox.

Türklər demiş, lafı dolandırmadan, birbaşa mətləbə keçim. Azərbaycan saytlarının əksəriyyəti Rusiyanın "Liveİnternet" reytinq sisteminin sayğaclarından istifadə edir. Bu sayğac saytlara günlük müraciətləri qeydə alaraq, təsnifatlaşdırır və buna uyğun reytinq cədvəli müəyyənləşdirir. Məlumunuz olsun ki, bu sayğacdakı göstəriciləri şişirtmək, oxucunu, reklam verənləri aldatmaq çox asandır. Bunun bir neçə yolu var: bot proqramlar vasitəsi ilə göstəriciləri şişirtmək; sayğacın kodunu digər "dost" saytların scripti və ya banneri içində gizlətmək, onun izləyicilərini öz göstəricilərinə əlavə etmək və s.

"Liveİnternet" reytinq sisteminin ilk 30-luğunda yer alan saytları azacıq araşdırmaq bəs edir ki, onların əksəriyyətində bu sayğacların saxta olduğuna əmin olasan. Hətta saxta göstəricilərlə ilk 10-luğa düşən saytlar da var.

Bəs sayğacların saxta olduğunu necə təyin etmək olar? Bunun da çox sadə üsulları var. Adətən, saxta sayğacları "Liveİnternet"-dən tıklayanda onun ümumi baxışa bağlı olduğunun şahidi oluruq. Bağlı olmasa, sistemin ümumi təhlili bəzi fırıldaqların üzə çıxmasına yardım edə bilər. Məsələn, trafikin hansı mənbələrdən və saytlardan gəldiyini, hansı xəbərin nə qədər oxunduğunu təyin etmək mümkündür. Giriş bağlıdırsa, nə etməli? O zaman reklam verən saytın "Google Analytics"inə giriş tələb edilməlidir. Burada da eyni fırıldaqların üzə çıxarılması üçün sayta trafikin hansı mənbələrdən gəldiyinə diqqət yetirmək lazımdır. Çünki heç bir fırıldaq "Google Analytics"i tam aldada bilməz. Uzaqbaşı saytın proqramçıları saytdaxili saxta linklər yaradaraq, saxta oxunmanın (hitin) onun üzərindən qeydə alınmasına nail ola bilər. O zaman ən çox oxunan linkləri incələmək yetər və bu zaman şübhəli linkləri tapmaq heç də çətin olmayacaq.

Bəs saytın "Liveİnternet" və "Google Analytics" göstəricilərinə giriş olmadan fırıldağı necə müəyyənləşdirmək olar? Bunun üçün də müxtəlif vasitələr var.

İlk olaraq, "Liveİnternet"in yeni xidməti "Mediametrics.ru" saytı köməyimizə gələ bilər. Bu sayt "Liveİnternet"dən qeydiyyatdan keçmiş saytlardakı xəbərlərin oxunma sayını real vaxt, son 1 saat, son 24 saat, son bir həftə və son 1 ay üçün qeydə alır. Bu sayma sistemi artıq birbaşa "Mediametrics" özü tərəfindən aparıldığı üçün o göstəricilər fırıldaqçı saytlar üçün əlçatan deyil və ora "barmaq eləyə" bilmirlər. "Mediametrics"-in qeydə aldığı son 1 ayın ən çox oxunan 1000 xəbərini araşdıranda bəlli olur ki, lider saytlar Bizimyol.info, Oxu.az saytlarıdır. Bununla belə, Day.az, Azxeber.com, Bugun.az, Qaynar.info, Aktual.Az, Yenilik.az, Editor.az, Haqqin.Az, ANN.Az kimi saytların da xəbərləri çox oxunanlar arasındadır. İndi bu saytların adları ilə "Liveİnternet"inson 1 aylıq reytinqindəkisaytları müqayisə edin. Nəticələr kəskin fərqlidir.

Onda sual yaranır: necə olur ki, ilk 10-luqda, 20-likdə və 30-luqda yer alan saytların əksərinin heç bir xəbəri "Mediametrics"-in 1000 çox oxunan xəbəri arasına düşmür? Bir sayta gündə 20-30 min və ya daha çox adam girirsə, onların oxuduğu xəbərlər hanı bəs? Bəlkə bu saytların logosu o qədər gözəldir ki, oxucular sayta yalnız bu möhtəşəm logolara baxmaq üçün daxil olur?

Daha bir nüans: "Liveİnternet"in ilk 30-luğunda yer alan saytlara daxil olub, ən çox oxunan xəbərlərinə diqqət edin. Saytın özündə xəbərin oxunma sayı minlərlə göstərilməsinə aldanmayın. Baxın görün o xəbərə oxucu reaksiyası varmı? Məsələn, baxın 20-30 min girilən saytın ən çox oxunan xəbərini oxucu neçə dəfə sosial şəbəkələrdə paylaşıb, nə qədər şərh yazıb və s.

Mövzunu daha da uzadıb başağrısı vermək istəmirəm. Ad çəkməyə də ehtiyac yoxdur. Mən ipuclarını verdim, artıq özünüz də hansı saytın nə qədər və necə oxunduğunu təxmin edə bilərsinz.

Hamının danışıb, heç kimin yazmaq istəmədiyi bu məsələni ictimailəşdirməkdə isə məqsədim qismən də olsa, ədaləti bərpa etməkdir. Başını saxta sayğacın arxasında gizlədən internet "dəvəquşuları" bilməlidir ki, quyruqları görünür.

Bir sayt gecə-gündüz əziyyət çəkib, real reytinq toplayacaq, digəri heç bir əziyyət çəkmədən saxta yolla daha "yüksək göstəricilər"lə oxucunu, reklamverənləri çaşdıracaqsa, buna kimsə dur deməlidir.

Sonda onu da mütləq qeyd etməliyəm ki, APA, Lent.Az, Qafqazinfo.az, ANSPress.com və bir çox digər çox oxunan ictimai-siyasi saytlar "Liveİnternet"də qeydiyyatda deyillər. Ona görə də "Liveİnternet"n reytinqində əks olunmayıblar.

Sonda Azərbaycan internet mediasındakı 10 illik təcrübəmə, fərdi hesablama metodlarıma əsaslanaraq, ictimai-siyasi xəbər saytlarımızın ilk 30-luğunu tərtib edirəm. Bəlkə hansısa ortabab saytı unutdum, bəlkə hansısa saytın yeri 1-2 pillə oyan-buyan olar. Mövzunu müzakirəyə açıq saxlamaqla yanaşı, aşağıdakı reytinqin real olduğunda israrlıyam :)

- Bizimyol.info
- Oxu.az
- Yeni Müsavat (musavat.com)
- Day.az
- Qafqazinfo.az
- ANS Press
- APA ( + APA TV)
- Azxeber.com
- Lent.Az
- Milli.Az
- 1news.az
- Axar.az
- Bugun.az
- Olke.az
- Qaynar.info
- Publika.az
- Aznews.az
- ANN.Az
- Aktual.az
- Modern.az
- Haqqin.az
- Azvision.az
- Teleqraf.com
- Pia.az
- Avropa.info
- Gun.az
- Editor.Az
- Yenilik.Az
- Moderator.az
- Medianews.az

Mənbə: AZXEBER.COM
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *