Mübariz Mənsimov: "Mən gülürəm sizə, zavallı erməni bicləri"
"Quduz itlər qudurdular. Sahibləri kontrolu itirib, deyəsən.Mən gülürəm sizə. Zavallı erməni bicləri. Mövzuları bitdi, indi ləkələmək üçün ən ucuz, ən düşük üsula əl atırlar".
Bu fikirləri "Xəzər Lənkəran"ın fəxri prezidenti ,Azərbaycanlı iş adamı, "Palmali Group" prezidenti Mübariz Mənsimov jurnalis Eynulla Fətullayevin onunla bağlı yazdığı məqaləyə cavab olaraq facebook-da öz səhifəsində paylaşıb.
"Palmali Group"un sahibi daha sonra bunları yazıb:
Ey ucuz adamlar! Nə yazsanız da, nə etsəniz də, hansı dona girsəniz də, Mübariz Mənsimovun bir Azərbaycan sevdalısı olmasını danmaq ancaq sizin kimi gerizəkalı insanların yanaşması ola bilər.Biz bu günə qədər 20 minə yaxın tələbini oxudub, minlərlə insanın Türkiyə və başqa Avropa ölkələrində sağlamlığı üçün öz köməyimizi göstərmişik. Bunları edərkən, insanların milli kimliyini soruşmamışıq. Mən nə hansısa etnik maraqları təbliğ edən KİV-i, nə orda danışanları tanımıram.
Mübariz Mənsimov olaraq, mənim üçün tək bir Azərbaycan dövləti və xalqı var. Bizi separatçılıqda ittiham etməyə çalıan bu adamlar görünür, "Palmali Group”a məxsus gəmilərdə şəhidlərimizin, milli qəhrəmanlarımızın, tarixi şəxsiyyətlərimizin adını daşıdığını görməzdən gəlib.
6 ildi ki, "Palmali Group”un iflas etdiyini yazdıranlar və yazanların da bu arzusu da gözündə qalıb. Mən hər zaman özümü bu dövlətin əsgəri hesab etmişəm. Bu cür qərəz və böhtan kampaniyalarına baxmayaraq, vətənimi, onun insanlarını sevməyə davam edəcəm. Məni tanıyan hər kəs bilir ki, azərbaycanlı olmağımla hər zaman fəxr etmişəm".
Mənbə:> Vetenin.info