"Palmali" Bodrumda böyük ərazi aldı » AzNews.info -Xəbər portalı

"Palmali" Bodrumda böyük ərazi aldı

"Palmali" Bodrumda böyük ərazi aldı


Azərbaycanlı iş adamı Mübariz Mənsimovun prezidenti olduğu "Palmali" Şirkətlər qrupu
Türkiyənin turizm bölgəsi sayılan Bodrumda 400 min kvadrat metrlik ərazinin özəlləşdirilməsi tenderində qalib gəlib.

ANS PRESS-in Türkiyə mətbuatına istinadən məlumatına görə, "Palmali" Şirkətlər qrupu 370 milyon lirə ödəməklə iki şirkətin qatıldığı tenderi qazanıb.

Türkiyə Baş Nazirliyi yanında Özəlləşdirmə İdarəsi Başqanlığı tərəfindən tenderə çıxarılan ərazidən liman, turizm və otel biznesi üçün istifadə edilə bilər.

Tenderin qazanılmasının ardından açıqlama verən "Palmali"nin nümayəndəsi Tolga Ağar ərazidə planlaşdırdıqları tikililərin Bodrumun arxitekturasına uyğun olacağını və bölgənin təbiətinə zərər verməyəcəyini deyib.

Qeyd edək ki, azərbaycanlı iş adamı Mübariz Mənsimov Bodrumda Port Bodrum Yalıkavak Marina adlı modern limana da sahibdir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *