“Palmali Group”dan SOCAR-a növbəti cavab- SOCAR-ın bizə borcu var » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

“Palmali Group”dan SOCAR-a növbəti cavab- SOCAR-ın bizə borcu var

“Palmali Group”dan SOCAR-a növbəti cavab- SOCAR-ın bizə borcu var

SOCAR-la “Palmali Group” arasında bir-birinə yönəlik açıqlamalar son günlər ölkə mediasının əsas müzakirə mövzusuna çevrilib.


Bu gün SOCAR yenidən açıqlama yayaraq, “Palmali Group”la hər hansı ortaqlıq olmadığını, birgə əməkdaşlıq zamanı bu şirkətin ona külli miqdarda borcu qaldığını bəyan edib.

“Palmali Group”dan isə SOCAR-ın bu açıqlamasına cavab gecikməyib.

Gununsesi.info-nun sorğusuna cavab olaraq, “Palmali Group”dan bildirilib ki, iki şirkət arasında ortaqlıq olub və bu danılmazdır: “Ortaqlığımızı isbat edən rəsmi sənədlər var. Həmin sənədlərdə SOCAR rəhbərliyinin və rəhbərliyə daxil olan şəxslərin yaxınlarının imzaları var”.

“Palmali Group” onu da bəyan edir ki, SOCAR-ın bu quruma külli miqdarda borcu var: “Ortada bir borc məsələsi var və bu da SOCAR-ın bizə olan borcudur”.

Mənbə: Gununsesi.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *