Azərbaycanda tülküyə belə işgəncə verdilər – VİDEO
Sözügedilən videogörüntülər heyvansevərlərin ciddi narazılığına səbəb olub.
AzNews.info xəbər verir ki, instagram hesabında "empire.az" adlı istifadəçinin paylaşdığı video ciddi narazılıqla qarşılanıb.
Sözügedilən videodakı şəxsin tülkünü tutaraq ona işgəncə verməsi və bu prosesi böyük zövqlə videoya çəkməsi heyvansevərlərin qəzəbinə səbəb olub. Bu barədə paylaşım edən gənclər, daha sonra həmin şəxsin və özünü polis kimi təqdim edən bir neçə nəfərin bu videogörüntüləri yayaraq məsələni ictimailəşdirməyə çalışan şəxslərə hədə-qorxu gəldikləri məlum olub.
Həmin şəxslərin telefon nömrələrinin və kimliklərinin məlum olduğunu nəzərə alaraq aidiyyatı qurumların məsələ barəsində tezliklə tədbir görəcəyinə ümid edirik.
Post by aznews.info.
Mənbə:> AzNews.info