“Münhen atıcısı”nın kimliyi məlum olub
İyulun 22-də Münhendə ticarət mərkəzində ətrafındakı şəxslərə atəş açan silahlı şəxsin kimliyi müəyyənləşdirilib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hələlik “Münhen atışması”nın motivləri məlum deyil.
Polis sözçüsü bildirib ki, bu şəxs İran əsilli alman olub. Onun sözlərinə görə, cinayət bir nəfər tərəfindən törədilib. Polis rəsmisi hadisə zamanı 21 nəfərin yaralandığını, 10 nəfərin öldüyünü təsdiq edib.
“Münhen atıcısı”nın ikili vətəndaşlığı olub. O, Almaniyanın və İranın vətəndaşı olub”, - bunu isə şəhər polisinin rəisi Xubertus Andre keçirdiyi mətbuat konfransında deyib.
“18 yaşlı bu şəxsin həm İran və Almaniya vətəndaşlığı olub. O, 10 ildən çox idi Münhendə yaşayırdı”, - deyə polis rəisi əlavə edib.
Mənbə:> Oxu.az