Münhendə atışma: Ölənlər var » AzNews.info -Xəbər portalı

Münhendə atışma: Ölənlər var – VİDEO+FOTO (YENİLƏNİB)

Münhendə atışma: Ölənlər var


Oxu.Az “Daily Star” qəzetinə istinadən xəbər verir ki, silahlı hücumlardan biri “Marienplaç” metro stansiyasında baş verib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları insanları metro stansiyasından təxliyyə etməyə çalışırlar.

“N24” telekanalı isə daha bir atışmanın “Karlsplatç” meydanında baş verdiyini bildirib. Əraziyə çoxlu sayda polis cəlb edilib. Asayiş keşikçiləri insanlara atəş açmış şəxsin axtarışına başlayıblar.

Qeyd edək ki, bundan əvvəl Münhenin “Olimpiya” ticarət mərkəzində baş verən atışma zamanı 15 nəfər öldüyü bildirilir.

20:49

Almaniyanın Münhen şəhərinin ticarət mərkəzlərinin birində naməlum şəxs insanlara atəş açıb.

Bu barədə Oxu.Az BBC News nəşrinə istinadən xəbər verir.

İlkin məlumata əsasən, hücum zamanı 15 nəfər həyatını itirib.

Bildirilir ki, ticarət mərkəzinin ətrafı mühasirəyə alınıb.

Yerli hüquq-mühafizə xidmətlərinin əməkdaşları xüsusi əməliyyat keçirirlər.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.



Münhendə atışma: Ölənlər var
Münhendə atışma: Ölənlər var

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *