Bağdadda Ticarət Mərkəzinə hücum: Xeyli sayda ölən var
Bağdadın mərkəzində naməlum şəxslər ticarət mərkəzlərinin birinə hücum edərək insanları girov götürüblər.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, insident zamanı 7 nəfər öldürülüb.
Məlumat verilir ki, terrorçular Əl-Cadida rayonunda minalanmış avtomobili partladandan sonra atəş açaraq ticarət mərkəzinə daxil olublar və oradakı insanları girov götürüblər.
Reuters agentliyinin məlumatına görə, hadisə zamanı 27 nəfər yaralanıb.
Mənbə:> Oxu.Az