Bakı metrosunda ölən şəxsin kimliyi məlum oldu
Bakı metrosunda ölən şəxsin kimliyi müəyyənləşdirilib.
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Nəsimi Paşayev Oxu.Az-a bildirib ki, dünyasını dəyişən şəxs 1947-ci il təvəllüdlü, Bakı sakini, həkim Həsənov Emin Hüseynağa oğludur.
Nəsimi Paşayevin sözlərinə görə, ilkin ehtimala görə o, ürəktutmasından rəhmətə gedib.
Mənbə:> Oxu.Az