iPhone 7-nin lağa qoyulduğu bu video hər kəsin marağına səbəb olub – VİDEO
"Apple"ın hər dəfə iPhone təqdim edərkən yerə göyə sığdırmadığı telefonlarının o qədər də vacib olmayan xüsusiyyətləri böyük bir yenilikmiş kimi təqdim etməsi Nigahiga adlı YouTube kanalı tərəfindən lağa qoyulub
"Apple" xüsusilə satış və tanıtım strategiyası baxımdan digər telefon istehsal edən şirkətlərdən bir addım öndə yer alır. Xüsusilə istifadə etdikləri markanı "ən yaxşı” olaraq hər zaman təqdim etmələri, kiçik bir dəyişiklik etsələr belə onu müştəriyə yeni qeyri-adi bir xüsusiyyət kimi çatdırmaları, təqdimatlarında hər istifadə olunan kəliməni diqqətlə seçməkləri buna əyani misaldır. "Apple" nümayəndələri müştərinin hiss və zehninə təsir edərək ən yaxşını təqdim etdiklərini inandırmağı bacarırlar. Məhz bunu öz çəkdikləri yeni videoda istifadəçilərə təqdim edən YouTube kanalı hər kəsin marağına səbəb ola bilib.
iFhone 8 olaraq adlandırılan yeni videoda cihazın iPhone 7-dən heç bir fərqi olmadığı, kiçik dizayn fərqinin çox böyük yenilik adlandırılması lağa qoyulur. Həmçinin 2 arxa kamera yerinə 4 kameraya sahib olması və eyni anda eyni şəkli çəkməsi qeyd olunur. Əvvəl bir K hərfi çəkdiyiniz halda hal-hazırda 4K çəkdiyimiz ifadəsi isə arxa cüt kameranın o qədər funksional olmadığı fikrini ortaya çıxarır.
Videoya baxmağınızı məsləhət görürük
Mənbə:> Technote.az