Nüsrət Gökçənin “erməni sevgisi” azərbaycanlıları qəzəbləndirdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Video

Nüsrət Gökçənin “erməni sevgisi” azərbaycanlıları qəzəbləndirdi – VİDEO

Nüsrət Gökçənin “erməni sevgisi” azərbaycanlıları qəzəbləndirdi


“Duz tökmə” hərəkəti ilə qısa vaxt ərzində internetdə fenomenə çevrilən türk aşpaz Nüsrət Gökçenin öz "Instagram" hesabında paylaşdığı görüntülər azərbaycanlıların qəzəbinə səbəb olub.

Oxu.Az-ın xəbərinə görə, videoda Nüsrət ermənilərin “Migena” mahnısının sədaları altında rəqs edib.

Videoya 34 mindən çox istifadəçi şərh yazıb. Əksəriyyəti azərbaycanlılar olan istifadəçilər Nüsrətdən bu görüntüləri silməsini istəyiblər. Lakin Nüsrət Gökçə onların rəylərini nəzərə almayıb.

Qeyd edilir ki, Nüsrət hətta Bodrumdakı restoranında da erməni mahnılarını oxudub. Orada istirahət edən azərbaycanlılar isə buna etiraz əlaməti olaraq məkanı tərk ediblər.

Azərbaycanlı sosial şəbəkə istifadəçiləri Nüsrətin ermənilərə olan bu “sevgisini” anlamadıqlarını bildiriblər. Həmyerlilərimiz Türkiyədə erməni mahnılarını dinləmək məcburiyyətində qaldıqlarına görə narazıdırlar.

Nüsrət Gökçə isə bildirib ki, "Instagram"da paylaşdığı videonu silməyəcək və Bodrumdakı restoranlarında hansı mahnını istəyir, onu da dinləyəcək.

Azərbaycanlılar sosial şəbəkələrdə kütləvi şəkildə Nüsrət Gökçəyə məxsus obyektlərdən uzaq durmağı təbliğ edirlər.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *