Nüsrət İbrahimov: 3-5 nəfər ərəb mənzil bazarında canlanma yaratmayacaq
“Bazarda aktivlik aşağı olaraq qalır”.
“Bu gün daşınmaz əmlak bazarında aktivlik əvvəlki iki il ilə müqayisədə aşağı həddədir. Bazara əlavə alıcının daxil olması tələb yaradacaq və qiymətlərin, aktivliyin qismən artmına səbəb olacaq. Əvvəlki səviyyədə olmasa da, qiymətlər 5-8% arta bilər”.
Bunu Oxu.Az-a açıqlamasında “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.
N.İbrahimov qeyd edir ki, bazara neçə nəfər alıcının daxil olmasıdan da çox şey asılıdır:
“Belə ki, əgər bu gün bazara 3-5 nəfər ərəb alıcının daxil olmasından söhbət gedirsə, qiymətlərdə artım müşahidə edilməyəcək. Amma 200-300 nəfər arasında bazara əlavə alıcı daxil olarsa, bu halda bazarda canlanma müşahidə ediləcək. Əks halda, çətindir”.
Onun sözlərinə görə, hazırda onlara daxil olmuş müaciətlərə əsasən, Bakıdan mənzil almaq istəyən ərəb olmayıb.
Mənbə:> Oxu.az