Azərbaycanlılar sərxoş Amerika hərbçisini döydülər » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Hərbi, Hadisə

Azərbaycanlılar sərxoş Amerika hərbçisini döydülər

Azərbaycanlılar sərxoş Amerika hərbçisini döydülər

Kaunasda Laysves xiyabanı: hadisə burada baş verib

“Litvanın Kaunas şəhərinin mərkəzində sərxoş azərbaycanlılar sərxoş amerikalı hərbçini döyüblər. NATO-nun şərqə genişlənməsinin siması bu cürdür”. Virtualaz.org xəbər verir ki, @spacelordrock nikli məşhur bloger azərbaycanlılarla ABŞ hərbçisi arasında yaşanmış hadisə ilə bağlı xəbəri belə şərh edib. Xatırladaq ki, hadisə cümə gününə keçən gecə baş verib.

Dava nəticəsində amerikalı hərbçi xəsarət alıb. Bunu isə Kaunas dairəsinin polis komissarlığının mətbuat xidməti bildirib.

Azərbaycanlılar sərxoş Amerika hərbçisini döydülər


“İyunun 15-də təxminən gecə saat 2-də Kaunasın Laysves xiyabanında iki sərxoş Azərbaycan vətəndaşı ilə ABŞ hərbçisi arasında münaqişə baş verib və nəticədə, amerikalı hərbçi xəsarət alıb”, - RİA “Novosti”nin yayımladığı məlumatda deyilir.

Polisin məlumatına əsasən, Azərbaycan vətəndaşları sərxoş olublar (qanlarında 1,09 və 1,44 promille alkohol aşkarlanıb), ABŞ hərbçisi də ayıq olmayıb (2,14 promille). Bildirilir ki, münaqişə xidmət vaxtı baş verməyib – amerikalı hərbçi adi mülki geyimdə olub.

“Dava vaxtı Azərbaycan vətəndaşlarından biri ABŞ hərbçisinin sifətinə yumruqla vurub. Xəsarət alan hərbçi həkimlərin baxışından sonra ambulator müalicəyə buraxılıb”, - polis əlavə edib.

Qeyd olunur ki, Azərbaycan vətəndaşı saxlanılıb, hadisənin təfərrüatları araşdırılır.

İyunun 3-dən 15-nə kimi Litvada ABŞ quru qoşunlarının iştirakı ilə “Saber Strike” ("Xəncər zərbəsi ") beynəlxalq hərbi təlimləri keçirilir. Bu günlər ərzində Litvada NATO hərbçilərinin iştirakı ilə 3 xoşagəlməz hadisə baş verib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *