Sərhədçilər iki kilometrlik Azərbaycan bayrağını başları üstünə qaldırdılar – FOTO
15 iyun Qurtuluş Gününün 25 illiyini sərhədçilər daha təntənəli qeyd edirlər. Beləki Dövlət Sərhəd Xidmətinin hərbiçiləri iki kilometr uzunluğunda Azərbaycan bayrağını qaldıraraq, ümummilli lider Heydər Əliyevin xatirəsinə böyük ehtiram olaraq Qələbəyə doğru adlı yürüş keçirmiş və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında hərbi qulluqda olduqlarını böyük fəxrlə nümayiş etdirmişlər.
AzNews.info xəbər verir ki, Yevlax rayonunda yerləşən DSQX-nin Hərbi hissəsində keçirilən təntənəli bayram, Azərbaycan Respublikasının Himni ilə açılmış və DSQX-nin rəisi general polkovnik Elçin Quliyevin şəxsi heyəti azərbaycan xalqının Milli Qurtuluş Gününün 25 illiyi münasibəti ilə təbriki ilə davam etmişdir.
E.Qulıyev ümummilli liderin rəhbərliyə dönüşü ilə Azərbaycan Respublikasının azadlığı, bütövlüyü və dövlətçiliyin qorunması, sabitliyin bərpasının təmin edilməsi üçün gördüyü işlərdən danışmışdır.
Təntənəli bayram təbrikindən sonra, iki kilometrlik Azərbaycan Respublikasının bayrağı hərbi hissədən iki mindən çox hərbi heyətin çiyinləri üzərində çıxarılraq, patriot musiqi sədaları və yerli əhalinin həyəcanı və alqışları altında yürüş keçirilmişdir.
Yürüşdə iştirak edən hərbi heyət vətənin torpaqlarının qorunması və azad olunması üçün hər an hazır olduqlarını böyük fəxrlə nümayiş etdirmişlər.
Mənbə:> Haqqın.az