“Deyirdi sizi qoyun kimi kəsəcəm…” » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial, Kriminal

“Deyirdi sizi qoyun kimi kəsəcəm…”

“Deyirdi sizi qoyun kimi kəsəcəm…”

"Əmir içəri girəndə məndə sanki qarabasmalar yaranmışdı. Gözümə Veranın məşuqu göründü. Ona görə də bıçağa əl atıb doğradım” – Azad Tağıyev istintaq zamanı verdiyi ifadəsində özünə bu cür bəraət qazandırmağa çalışıb. Azyaşlı oğlunu isə onun uşaq evinə düşməməsi üçün öldürdüyünü deyib...

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, bu tükürpədici qətl hadisəsi 3 noyabr 2016-cı ildə Rusiyanın Orsk şəhərində baş verib. Küçədən gələn atəş, qışqırıq, polis maşınlarının həyəcan siqnallarının səsləri ətrafda əməlli-başlı vahimə yaradıb. Yaranmış vəziyyətdən qorxuya düşənlər pəncərədən baxmaqla kifayətlənsələr də, bir az cəsarətli olanlar küçəyə axışıblar. Onların gözləri önündə ilk dəfə cinayətkarın polis əməkdaşları tərəfindən necə tərksilah olunma səhnəsi canlanıb. Xarici görünüşcə qafqazlıya bənzəyən bu adamı güc strukturlarının nümayəndələri saxlayıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları üst-başı büsbütün qan içərisində olan bu adamın əllərini qandalladıqdan sonra onu təcili yardım maşınına mindiriblər.

Məhəllədə çox təhlükəli bir qatilin saxlanıldığı barədəı söz-söhbətlər səngimək bilməyib. Şaiyələrə görə, əvvəlcə mənzilin pəncərəsindən köhnə soyuducu, mebel və digər avadanlıqlar çölə atılıb. Bir qədər sonra isə belə bir hadisə baş verib.

“Deyirdi sizi qoyun kimi kəsəcəm…”


Şayiələr sosial şəbəkələri də bürüyüb. Polisin özbaşınalığı ilə bağlı şəhər sakinlərinin müəyyən versiyaları da səsləndirilib. Amma çox keçməyib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları vəziyyətə aydınlıq gətiriblər. İdarənin rəsmi saytında belə bir xəbər meydana çıxıb: “Saxlanan şəxs biri azyaşlı olmaqla iki nəfərin qətlində ittiham olunur. Həmin şəxsin pəncərədən çölə soyuducu və ya mebellləri atması faktı öz təsdiqini tapmayıb. Qatilin saxlanılması küçədə hər kəsin gözü önündə həyata keçirilib. Köhnə əşyaları atan isə bir mərtəbə aşağıda yaşayan, həmin gün başqa mənzilə köçən qonşular olub. Bu isə polis əməkdaşları hadisə yerinə gəlməmişdən bir saat öncə baş verib”

2 noyabr 2016-cı ildə axşam saatlarında 32 yaşlı Azad Tağıyev keçmiş həyat yoldaşı Vera Boqatovanın yanına gəlib. Məlumat üçün bildirək ki, qeyri-rəsmi nikahdan onların 4 yaşlı övladları - Əmir olub. Veranın əvvəlki nikahdan olan qızı Nika həmin vaxt nənəsi ilə birgə gəzməyə çıxıb. Ailənin böyük uşağı Angelina isə dostlarıyla birgə olub.

“Azad təbiətcə qısqanc, əsəbi və aqressiv insan idi. Veranı və onun uşaqlarını tez-tez hədələyirdi. Deyirdi ki, sizi” qoyun kimi” kəsəcəyəm. Eşitdiyimə görə, Veranı işə getməyə qoymur, qapını bağlayıb evdə saxlayır, mənzilə qeydiyyata salmağı tələb edirmiş. Vera ondan çox qorxurdu. Nəhayət, beş il birlikdə yaşadıqdan sonra Vera Azaddan ayrıldı. Amma Azad mütəmadi olaraq evə gəlib-gedir, zəng vurur, yenə də Veranı təhdid edirdi. Hətta bir dəfə Vera ona qapı açmayanda qapını kəsib sındırmağa cəhd etmişdi, qonşular mane olmuşdular.

“Deyirdi sizi qoyun kimi kəsəcəm…”


Boqatova deyirdi ki, dəfələrlə polis şöbəsinə müraciət etsə də, onun barəsində cinayət işi başlamayıblar, məsuliyyətə cəlb etməyiblər” – bunu məhkəmə proseslərindən birində şahid qismində dindirilən Veranın yaxın rəfiqəsi Olqa Terexina deyib.

Veranın anası Marina Boqatova məhkəmədə ifadə verərkən Azadın onun qızını nəinki hədələdiyini, hətta tez-tez döyüb işgəncə verdiyini bildirib: “Onun qısqanclığı anormal hal almışdı, Vera onu qısqandıracaq heç bir hərəkətə yol vermirdi. Amma Azad onun telefonlarını dinləyir, gələn mesajları oxuyur, harada kiminlə olması ilə bağlı gündəlik hesabat verməyə məcbur edirdi. Mənzilin bir hissəsini onun adına keçirməyi tələb edirdi. Bununla belə o Əmiri çox sevirdi, onunla oynayırdı, gəzməyə aparırdı. Veranın yaxınları Azada təsir etməyə çalışdıqda isə o Rusiyanı tərk edib öz vətəninə - Azərbaycana getdi”.

A.Tağıyevin dostları isə onun əslində sərt deyi, müsbət keyfiyyətlərə malik insan olduğunu bildiriblər: “Azad təbiətcə çox sakit adam idi. Birinci nikahdan onun Azərbaycanda bir qızı vardı. Həyat yoldaşından ayrılmışdı. Rusiyada tikintidə fəhlə işləyirdi. Verayla yaşadıqları müddətdə evin bütün xərclərini Azad ödəyirdi. Sonradan Veraya çoxuşaqlı ana kimi ev verildikdən Azadı evdən qovdular. Azərbaycana qayıtdıqdan sonra Azadın Orskda miqrasiya sənədləriylə bağlı problemlər yaranmışdı”.

“Deyirdi sizi qoyun kimi kəsəcəm…”


Veranın yaxın rəfiqəsi isə deyilənlərlə qətiyyən razılaşmır, sosial şəbəkələrdə Azadı bu cür təsvir edirdi: "O heç yerdə işləmirdi, Veranın pularını əlindən alırdı. Kreditlər götürməyə məcbur edirdi. Bu zibil Veranın boyunda oturmuşdu. Vera işləyirdi , bostan əkirdi, böyük uşaqları göyərti, tərəvəz satırdı, bu isə onların pullarını əllərindən alırdı. Əclaf!”

Rusiyaya növbəti gəlişindən cəmi dörd gün sonra Azad keçmiş həyat yoldaşına və qızına baş çəkmək üçün onlara gəlir. Onun Orenburq vilayətindən qovulması ilə bağlı artıq ortada rəsmi qərar var idi. Azadın bu səfəri cinayətlə nəticələnib. Veranın evinə qədəm qoyan Azad ona hücum çəkib, döyməyə başlayıb. Atasının hərəkətlərindən qorxuya düşən azyaşlı Əmir başqa otağa qaçıb. Vera nə qədər ağlasa da, Azaddan evi tərk etməsi üçün yalvarsa da xeyri olmur. Mətbəxdən bıçaq götürən Azad Veraya hücum çəkib ona zərbələr endirir. Qadına iyirmi bıçaq zərbəsi vuran Azad onun boğazını da kəsib. Növbəti bıçaq zərbəsinə qonşu otaqdan qayıdan balaca Əmir tuş gəlib. Körpəyə acımayan Azad bıçağı onun da boğazına çəkib…

Doğmaları ilə haqq-hesabı çürüdən A.Tağıyev hadisə yerindən qaçıb. O, dostlarına zəng vuraraq arvad-uşağını doğradığını xəbər verib. Özüylə spirtli içki və alma götürərək Ural çayının sahillərinə gəlib. Buzlu suda əllərini və başını yuyub.

“Deyirdi sizi qoyun kimi kəsəcəm…”


“Veraya xəbərdarlıq etmişdim , demişdim ki, xəyanəti bağışlamayacağam. Onun yanına gələndə dedi ki, həyatında başqası var. Elə bil dərimi soydular. Onu qorxutmaq üçün xalatından yapışıb bir dəfə bıçaqla vurdum. Bundan sonra özümə nəzarət edə bilmədim. Əmir içəri girəndə məndə hallüsinasiyalar yaranmışdı, gözümə Veranın məşuqu göründü. Mən də onu doğradım”- istintaq zamanı A. Tağıyev ifadəsində göstərib.

Məhkəmə prosesində isə azyaşlı övladının uşaq evində böyüməməsi üçün onu öldürdüyünü açıqlayıb.

Vera ilə Əmirin cəsədlərini digər nəvəsiylə birgə gəzintidən qayıdan nənə aşkar edib. Bu barədə dərhal polisə məlumat verib. Belə bir qətli yalnız qızının keçmiş ərinin törədə biləcəyini polislərə söyləyib. A.Tağıyev barəsində axtarış elan edilib.

Məhkəmə iclasları zamanı Tağıyev gah başını gödəkçəsinə soxaraq hakimdən üzünü gizlədib, gah söyüş söyüb, gah ağlayıb, gah da gülüb. Özünü yalnız keçmiş arvadının qətlində günahkar bilib, sonra peşman olduğunu etiraf edib…

Məhkəmənin hökmü ilə A.Tağıyev ömürlük azadlıqdan məhrum edilib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *