Türmədən çıxan qısqanc ər arvadının sifətinə “şram” atdı » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Türmədən çıxan qısqanc ər arvadının sifətinə “şram” atdı

Türmədən çıxan qısqanc ər arvadının sifətinə “şram” atdı


Bakı Ağır Cinayətlər Məhkəməsində Şirvan şəhər sakini, 1981-ci il təvəllüdlü Zaur Paşayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

AzNews.info-nun Virtualaz.org-a istinadən xəbərinə görə, prosesə hakim Eynulla Vəliyev sədrlik edib.

Z.Paşayev əvvəllər dəfələrlə məhkum olunub. O, sonuncu dəfə Şirvan Şəhər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234-cü maddəsi (narkotik vasitələrin qanunsuz dövriyyəsi) ilə ittiham olunaraq 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Cəzaçəkmə müəssisəsində olarkən dustaq yoldaşını döydüyünə görə yenidən məhkum olunub. Nəhayət, 2013-cü ilin yay aylarında azadlığa buraxılıb.

İttihama görə, Zaur Paşayev keçmiş həyat yoldaşı Kəmalə Abdullayevanın mütəmadi olaraq azyaşlı övladları ilə görüşməsinə icazə vermədiyinə görə ondan qisas almaq qərarına gəlib. Bu məqsədlə ötən il iyun ayının 28-də axşam saatarında K.Abdullayevanın kirayə yaşadığı Nizami rayonu, Q.Qarayev prospekti, 92 A saylı evin həyətinə gedərək onu güdüb. Bir qədər keçmiş azyaşlı oğlu ilə mağazaya düşən Kəmalənin qarşısını kəsərək təklikdə söhbət etmək istədiyini deyib. Qadın etiraz etdikdə cibindən çıxardığı bıçağın dəstəyi ilə onun alın və göz nahiyəsinə zərbələr endirib.

K.Abdullayevanın müqavimətini qırandan sonra onu kirayə yaşadığı mənzilə apararaq üz, boyun nahiyəsinə zərbələr endirib, bıçaqla sifətində silinməz izlər qoyub.

Təqsirləndirilən şəxsin cinayət əməli bununla bitmir. O, həm də oğurluqda ittiham olunub. Z.Paşayevin əməllərindən zərərçəkmişlərin sayı 6 nəfərdir. Z.Paşayev ofisiant işlədiyi kafenin sahibi İlham Məmmədova məxsus və içində 6100 manat olan kassa aparatını, Qurban Şəfiyevin 2300 manat dəyərində taxta cilalayan aparatını, Zaur Həsənovun kompüterini, Firəngiz Şirəliyevanın mənzilindən noutbukunu və digər əşyaları oğurlamaqda təqsirləndirilir.

Törətdiyi cinayət əməllərinə görə Zaur Paşayev Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərbə vurma) və 177-ci (oğurluq) maddələri ilə ittiham olunur.

Təqsirləndirilən şəxs qismində dindirilən Zaur Paşayev ona elan olunmuş ittihamla özünü təqsirli bilib.

O, ifadəsində həbs olunmamışdan əvvəl Kəmalə Abdullayeva ilə qeyri-rəsmi nikaha girdiyini, birgə yaşadıqları dövrdə iki övladının dünyaya gəldiyini göstərib: “Sonuncu dəfə həbsdən buraxılandan sonra uşaqlarımı görmək üçün bir neçə dəfə baldızım Fərqanənin vasitəsilə Kəmalədən icazə almışdım. Növbəti dəfə uşaqları dənizə aparmağı və hərdənbir mənim yanımda qalmalarına icazə istədikdə Kəmalə razılaşmadı, ağzına gələni dedi. Bu səbəbdən ona dərs vermək qərarına gəldim.

Hadisə baş verən gün Kəmalənin kirayə qaldığı mənzilin yaxınlığıa gəlib onu güdməyə başladım. Bir qədər sonra oğlum Əli ilə birgə həyətə düşdüyünü gördüm. Yaxınlaşıb qolundan tutdum, mənimlə getməyini tələb etdim, imtina elədi. Əlimdəki bıçağın arxası ilə alnına bir neçə dəfə zərbə vurdum, məcbur olub razılaşdı. Onu taksiyə otuzdurub kirayə qaldığım evə apardım. Evdə ona “istədiyim vaxt uşaqlarımla görüşməyimə icazə verməlisən” dedim. Kəmalə yenə razılaşmadıqda bıçaqla onun sifətini, boynunu və bədəninin başqa hissələrini kəsdim.

Sonra Kəmalənin bacısı Fərqanəyə zəng vurub çağırdım. Fərqanə bacısını vəziyyətini görüb çığır-bağır salmaq istədikdə işarə elədim ki, sakit ol. Fərqanəyə Kəmalənin yaşadığı mənzilə gedib uşaqları, onların sənədlərini və paltarlarını götürüb gəlməsini tapşırdım. Polisə xəbər verəcəyi təqdirdə bacısı üçün də pis olacağını dedim”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, Fərqanə uşaqları gətirəndən sonra onlarla birlikdə Saatlı rayonuna yola düşüb: “Yoldan ötən taksilərdən birini saxladıb Saatlı rayonunun Qıraqlı kəndinə getdik. Kəmaləni öz anasına təhvil verdim və ondan bir daha Bakıya gəlməyəcəyinə dair zəmanət aldım. İstəmirdim Bakıda tək yaşasın. Sonradan eşitdim ki, Kəmalə mənim barəmdə şikayət edib. Kəmaləni öldürmək və ya ona qarşı ağır bədən xəsarəti yetirmək niyyətim olmayıb. Sadəcə onu bu yolla cəzalandırmaq istəmişəm”.

Zərərçəkmiş şəxs qismində dindirilən Firəngiz Şirəliyeva ifadəsində Şirvan şəhərində orta məktəbdə müəllimə işlədiyini göstərib: “Ötən il dekabr ayının 19-da işdən evə qayıdanda mənzildəki əşyaların yerə tökülmüş vəziyyətdə olduğunu gördüm. Evdəki otağın pəncərəsindən baxarkən gördüm ki, daş hasara yaxın pəncərənin dəmir barmaqlıqları sındırılıb. Evdən noutbuk və qadın kürkü ilə yanaşı ətirlərimi, suvenir əşyalarımı da aparmışdılar. Oğurluq barədə Şirvan Şəhər Polis İdarəsinə məlumat verdim. Sonradan polislər həmin şəxsi tutaraq əşyalarımı mənə qaytardılar. Mənzildən oğurluq edən şəxsin keçmiş şagirdim olmasını polislərdən eşitdim”.

Zərərçəkmiş şəxs qismində dindirilən Kəmalə Abdullayeva ifadəsində həyat yoldaşı Zaur Paşayevin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğuna görə həbs edildiyini, bu səbəbdən də ondan ayrıldığını göstərib: “2009-cu ildə rəsmi olaraq boşandıq. Zaur həbsdən çıxandan sonra bir neçə dəfə zəng vurub uşaqlarla görüşmək istəyirdi. Uşaqların tərbiyəsini pozacağından ehtiyatlandığım üçün görüşmələrinə razı olmurdum.

Hadisə baş verən gün oğlumla həyətə düşəndə Zaurun bizə sarı gəldiyini gördüm. Zaur yaxınlaşıb təklikdə söhbət etmək istədiyini dedi. Oğlum Əliyə dedim ki, sən binanın qarşısında gözlə, mən gəlirəm. Zaurdan “sən burada nə gəzirsən” deyə soruşdum. Bıçaqla hədələdi, qışqır-bağır salsam, uşağı bıçaqla vuracağını bildirdi. Ona görə də sakit dayandım. Bu vaxt alnımdan vurdu, zərbədən huşumu itirdim. Özümə gələndə başqa bir binanın həyətində olduğumu gördüm. Məni maşından düşürüb kirayə yaşadığı mənzilə getməyə məcbur etdi. Mənzildə ikimizdən başqa kimsə yox idi”.

Zərərçəkmiş K.Abdullayeva ifadəsində özünə gələrkən üz-gözünün bıçaqla doğrandığını gördüyünü deyib: “Ona uşaqları verməyəcəyimi dedikdə bıçaqla sifətimə vurdu, yenidən huşumu itirdim, ayılanda üzümün doğram-doğram edildiyini gördüm. Zaur bacımı çağırtdırdı, ona uşaqları, sənədləri gətirməyi tapşırdı, polisə xəbər verərsə, məni öldürcəyini dedi. Bacım da uşaqları gətirdi. Zaur uşaqları bıçaqla hədələyir, səslərini çıxarmamağı tələb edirdi. Birlikdə həyətə düşdük, taksi ilə bizi kəndə apardı, məni və uşaqları kənddə qoyub özü çıxıb getdi. Sonradan öyrəndim ki, anama “əgər bu evdən çölə çıxarsa, gəlib hamınızı doğrayacağam” deyib. Səhhətim pisləşdiyinə görə Şirvan mərkəzi xəstəxanasında müalicə aldım”.

Məhkəmə prosesi davam edir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *