Məmmədovun metallurgiya biznesi Qazaxıstana da çatdı » AzNews.info -Xəbər portalı

Məmmədovun metallurgiya biznesi Qazaxıstana da çatdı

Məmmədovun metallurgiya biznesi Qazaxıstana da çatdı

Bu gün Qazaxıstanın baş naziri Bakıcan Sagintayev Aktau şəhərindəki “Aktau Steel” metallurgiya kombinatında olub. Zavod məşhur azərbaycanlı iş adamı, “Baku Steel Company”nin sahibi Rasim Məmmədova məxsusdur.

Virtualaz.org Aktaudan xəbər verir ki, R.Məmmədov baş nazir B.Sagintayevi zavodda qarşılayıb və həyata keçirilən sənaye layihəsi barədə geniş məlumat verib. Azərbaycanlı investor ən qısa müddətdə Qazaxıstanda xarabalığın yerində ən iri metallurgiya kombinatlarından birini yarada bilib.

Zavod hələ 2009-cu ildə tikilsə də, bir neçə il sonra qazaxıstanlı metallurgiya liderləri müəssisənin istehsal gücünü təmin edə bilməyiblər. 2013-cü ildə zavod rəsmən işini dayandırıb və özünü müflis elan edib.

Məmmədovun metallurgiya biznesi Qazaxıstana da çatdı


Qazaxıstanın baş naziri Rasim Məmmədovun Qazaxıstandakı zavodunda olub

Nəhayət, dörd il sonra uzun və gərgin danışıqlardan sonra Rasim Məmmədov zavodun alınması barədə qərar qəbul edib. 2017-ci ilin fevralında investisiya müqaviləsi bağlanıb. Ümumilikdə, Rasim Məmmədov “Aktau Steel”ə 27 milyon dollar vəsait yatırıb və zavodun istehsal gücünü 240 min ton hamar prokat üçün polad məmulata çatdırıb. Zavodun rəsmi açılışı 2018-ci ilin mart ayının 2-də baş tutub.

Əsaslı yenidənqurmadan sonra zavodda müasir prokat xətti quraşdırılıb ki, bunun da ümumi nominal istehsal gücü 120 min tona bərabərdir. Tikinti armaturu Qazaxıstanın daxili bazarına, eyni zamanda Türkiyəyə, Gürcüstana, Azərbaycana və regionun digər ölkələrinə ixrac edilir.

Məmmədovun metallurgiya biznesi Qazaxıstana da çatdı


Baş nazir Bakıcan Sagintayev zavodda istehsal prosesi ilə tanış olduqdan sonra Nazirlər Kabinetinin üzvlərinin iştirakı ilə Rasim Məmmədova sualla müraciət edib: “Hansı problemləriniz var? Sizə necə kömək edə bilərik?” Azərbaycanlı sahibkar baş nazirdən xahiş edib ki, ilkin dövr üçün müəssisənin istehsal gücünün aylıq 15 min ton məhsula qədər qaldırılmasına icazə verilsin. B.Sagintayev operativ qaydada iki il ərzində istehsal gücünü aylıq 40 min tona qaldırmaq niyyətində olan istehsalçının tələbini ödəyib.

Qazaxıstan Nazirlər Kabinetinin başçısı baş nazirin investisiyalar üzrə müavini Kairbek Uskenbayevə müvafiq göstərişlər verib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *